İşğaldan azad edilmiş ərazilərə 16 milyard manatdan çox vəsait ayrılıb
Bu günə qədər Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dövlət proqramı çərçivəsində 16 milyard manatdan çox vəsait ayrılıb.
Bunu İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov bildirib.
“Bu vəsaitin əsas hissəsi yolların və sosial infrastrukturun qurulması üçün nəzərdə tutulub. Bununla yanaşı, özəl sektorun da bərpa-quruculuq işlərində iştirakını dəstəkləyir və təşviq edirik. Hazırda həm dövlət-özəl tərəfdaşlığı, həm də birbaşa investisiya ilə bir sıra sahibkarlar həmin ərazilərdə fəaliyyət göstərir. Özəl sektorun da 1 milyard manatdan çox vəsaitin ayırması nəzərdə tutulur ki, artıq bunun da müəyyən hissəsi yatırılıb. Məsələn, həmin ərazilərdə 2 sənaye parkında 2,7 mindən çox şəxsin işlə təmin edilməsi, bunun üçün 300 milyon manatdan çox investisiya yatırılması nəzərdə tutulur. Bu da nazirliyə təqdim edilmiş layihələr çərçivəsindədir. Cəbaryıl rayonunda bp şirkəti tərəfindən Günəş Elektrik Şəbəkəsinin (GES) tikintisini və "Neqsol Holdinq" tərəfindən bir sıra layihələrin də icrasını nəzərə alsaq, ümumilikdə 1 milyard manatdan çox investisiya yatırılacaq", - deyə o qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















