“Global Assistant LTD” şirkəti Çindən Azərbaycana 15 günə sürətli daşınmanı həyata keçirib
"Global Assistant LTD" şirkəti iyun ayında müştərinin Çindəki yükünü tam təhlükəsiz və sürətli şəkildə 15 gün ərzində Azərbaycana çatdırıb.
Uzun müddətdir logistika bazarında geniş fəaliyyət gösətərən Global Assistant LTD şirkəti hal-hazırda Çindən Azərbaycana ən aktual daşınma növü olan dəmir yolları vasitəsilə də daşınmalara başlayıb.
Hər ay müntəzəm yükləmələr həyata keçirən şirkətimiz, iyun ayında müştərinin yükünü ən sürətli şəkildə çatdırıb. Məlumat üçün bildirək ki, daşınma tam təhlükəsiz və sürətli şəkildə həyata keçirilərək 15 gün ərzində müştərimizə təhvil verilib.
Həcmindən asılı olmayaraq müxtəlif növ yükləri Azərbaycana daşıyan şirkət dəmir yolu, quru və dəniz daşınmaları sahəsində 10 ildən çoxdur ki, müştərilərinə xidmət göstərməkdədir.
Şirkəti rəqiblərindən fərqləndirən əsas cəhət Çinin Şençjen şəhərində ofisinin, Yivu, Quanco kimi iri şəhərlərdə isə anbarlarının mövcud olmasıdır.Əlavə olaraq bildirmək istərdik ki, əməkdaşlarımızın Çin mədəniyyətinə bələd olması və bütün danışıqların çin dilində aparılması üstünlüyümüzdür.
Global Asisstant şirkəti eyni zamanda Çinin istənilən şəhərindən məhsulları götürmə (pick up) xidmətini həyata keçirir və müştəri sorğusu əsasında Çində bazar araşdırması, istehsalçı ilə danışıqların aparılaraq sifarişlərin yerinə yetirilməsi, istehsal prosesinin izlənməsi, keyfiyyət yoxlanışı kimi xidmətlər də təklif edir. Peşəkar komandamızla müştərilərinə ən yüksək səviyyədə xidmət göstərən şirkətimizin xidmətlərindən yararlanmağa və yüklərinizin ən qısa zamanda təhlükəsiz şəkildə daşınması üçün müraciət etməyə tələsin!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 54 d. sonra
- 13 saat əvvəl
-
-
13 saat əvvəl
Azərbaycanda "MAN" elektrik avtobuslarının yığılmasına 2026-cı ildə başlanacaq
-
14 saat əvvəl
Əlaçılar və onların müəllimləri Azərbaycan şirkətindən hədiyyələr qazanacaqlar
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"
-
16 saat əvvəl
Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
-
17 saat əvvəl
“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb
-
17 saat əvvəl
Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

38,5 milyon manat Lənkəranın kanalizasiyası üçün getdi

Azərbaycan Zərgərlər Assosiasiyası: "Qızılın bir unsiyası 4 000 dollara qədər bahalaşa bilər"

Vergi Xidməti əmək haqqına vergi güzəştlərinin bitməsi ilə bağlı məsələyə münasibət bildirib
Ən çox oxunanlar

“SmartYurd” adlı rəqəmsal yataqxana idarəetmə sistemi yaradılıb

Azərbaycan şirkəti dünyanın tanınmış brendinin məhsullarını istehsal edəcək - MÜQAVİLƏ İMZALANIB

Aeroportda yeni taksi qiymətləri ilə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanacaq

Sentyabrın 25-də gözlənilən hava şəraiti

Avropa bankı Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
