Rusiya və Azərbaycan birgə müəssisəsinin mayası 2,5 milyon manat azaldılır
"Avto Lizinq Azərbaycan" MMC-nin niamnamə kapitalı 2 milyon 447 min 520 manat azaldılır.
Bu barədə Marja.az Şirkətin bildirişinə istinadən xəbər verir.
Hazırda "Avto Lizinq Azərbaycan" MMC 5 milyon 99 min manat nizamnamə kapitalına malikdir. Azaldılma nəticəsində Şirkətin öz sərmayəsi 2 milyon 651 min 480 manata düşəcək.
""Avto Lizinq Azərbaycan" MMC nizamnamə kapitalının 2 milyon 651 min 480 manata azaldığını elan edir", - bildirişdə deyilir.
2021-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış "Avto Lizinq Azərbaycan" MMC-nin qanuni təmsilçisi Həsənov Fəxri Şaliq oğludur. Şirkətin hüquqi ünvanı Cəbrayıl rayonu, Soltanlı, "Araz Vadisi İqtisadi Zonası" sənaye parkıdır.
Rusiya və Azərbaycan birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC tərəfindən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Mərkəz yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət göstərilməsi sahəsində hab rolunu oynayır. Mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















