“McDonald's Azərbaycan” və DSMF Vətən müharibəsi qazilərinin övladları üçün unudulmaz istirahət təşkil edib
(®) 44 günlük Vətən müharibəsinin qazilərinin 30 övladı üçün “Camphood” yay düşərgəsində təşkil edilmiş 5 günlük istirahət zamanı onlar həm dincəlmək, həm də müxtəlif əyləncəli və maarifləndirici tədbirlərdə iştirak etmək imkanı qazanıblar.
Düşərgənin proqramına uşaqların bilik və bacarıqlarını inkişaf etdirməyə imkan verən müxtəlif idman oyunları, yaradıcılıq master-klasları və maarifləndirici sessiyalar daxil olub.
Burada uşaqların fiziki və emosional vəziyyətinə xüsusi diqqət yetirilib ki, bu da düşərgədə müsbət və ruhlandırıcı atmosferin formalaşmasına kömək edib.
Yay düşərgəsinin sonunda uşaqlara hədiyyə olaraq maraqlı maarifləndirici oyunlar təqdim olunub. Bununla da, uşaqlar istirahəti xoş əhvali-ruhiyyədə tamamlayıblar.
Xatırladaq ki, 2024-cü ilin fevral ayında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində fəaliyyət göstərən “McDonald’s Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb. İmzalanan sənəd korporativ sosial məsuliyyət çərçivəsində layihələrin həyata keçirilməsi üzrə qarşılıqlı faydalı, uzunmüddətli, effektiv əlaqələrin qurulması və inkişafı üçün əməkdaşlığı nəzərdə tutur, həmçinin 44 günlük Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladlarını dəstəkləməyə yönəlmiş bir çox birgə təşəbbüslər üçün əsas rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir














.jpg)


.jpg)




