"Sizin Lombard" qazancını açıqladı
"Sizin Lombard" şəbəkəsini idarə edən "GL" ASC 2023-cü ili 3 milyon 649 min manat vergidən əvvəlki mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 3 milyon 807 min manat vergidən əvvəlki mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "GL" ASC-nin vergidən əvvəlki mənfəəti 158 min manat və ya 4,2% azalıb. "GL" ASC-nin 2022-ci ildə xalis mənfəəti 3 milyon 13 min manat ikən, 2023-cü ildə 2 milyon 876 min manata düşüb (137 min manat və ya 4,5% azalıb ).
Marja.az xəbər verir ki, "GL" ASC-nin faiz gəlirləri 2022-ci ildə 14 milyon 993 min manat ikən, 2023-cü ildə 16 milyon 298 min manat təşkil edib (1 milyon 305 min manat və ya 8,7% artıb). Kredit şirkətinin haqq və komissiya gəlirləri isə 841 min manatdan 305 min manata düşüb (2,8 dəfə azalıb).
KREDİT PORTFELİ BÖYÜYÜB, 40 MİLYON MANATA YAXINLAŞIB
2023-cü ildə "GL" ASC-nin cəmi kredit portfeli (müştrilərə verilmiş cəmi kreditlər) 5 milyon 220 min manat və ya 15,2% artaraq 39 milyon 524 min manata çatıb. 2023-cü ildə "GL" ASC tərəfindən 34250 sayda 77 milyon 461 min manat məbləğində kreditlər verilib.
Ötən il ərzində "GL" ASC-nin cəmi aktivləri isə 40 milyon 602 min manatdan 44 milyon 673 min manata yüksəlib.
Şirkət 2023-cü ilin sonunda 2 milyon 335 min manat cəmi kapitala malik olub.
"GL" ASC daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən hüquqi şəxsdir. "GL" ASC son hesabat ilində 13 yeni filial açaraq sayını 46-ya çatdırıb.
"GL" ASC-nin nizamnamə kapitalının 100%-i Quliyev Fərman Eldar oğluna məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər






.jpg)
.jpg)









.jpg)





