"Abşeronda logistik mərkəz inşa edirik, bizə deyirlər ki, bura örüş yeridir və ərazidə qoyun saxlamalısan"
Azərbaycanda logistika infrastrukturu yaratmaq üçün torpaqdan istifadə ilə bağlı problemlər var.
Bunu Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və baş icraçı direktoru Aydın Talıbov Bakıda keçirilən “CEO MeetUp Logistics&Trade” adlı, logistika və ticarətin aktual məsələlərinə həsr olunmuş tədbirdə bildirib.
"Abşeronda logistik mərkəz inşa edirik, bizə deyirlər ki, bura örüş yeridir və ərazidə qoyun saxlamalısan. Bəzi qanunlar torpaqların logistika sahəsində istifadəsinə maneələr yaradır. Hazırda Abşeron örüşlük əraziyə çevrilib. İlk növbədə, Abşeronda kənd təsərrüfatı təyinatlı torpaq olmamalıdır", - deyə o qeyd edib.
"İndiki kredit faizləri ilə logistikanı inkişaf etdirmək olmur"
Aydın Talıbov qeyd edib ki, Azərbaycanda strateji sahələrə xüsusi (ucuz) kreditlərlə dəstək verilməlidir:
"İndiki kredit faizləri ilə logistikanı inkişaf etdirmək olmur. Bir çox ölkələrdə bizim kimi şirkətlər logistika xidmətini alırlar. Ancaq biz bunu edə bilmirik, həmin xidməti özümüz həyata keçiririk, nəticədə işimiz mürəkkəbləşir. Hazırda işin 50 %-i logistikadır. Əgər logistikanı yaxşı bilmədinsə məsrəflər artır və rentabelliliyə ciddi təsiri olur. Ölkəmizin inkişafında logistikanın rolu böyükdür, ancaq onu inkişaf etdirmək üçün çox yol getməliyik. Bu sahənin inkişafı ciddi maliyyə istəyir. Sektora ciddi yatırımlar olmalıdır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















