Unibank filialları şənbə günləri də işləyir
Unibank-ın xidmət və məhsullarından istifadə etmək istəyən müştərilər, şənbə günləri də bank filiallarına müraciət edə bilərlər.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, müştərilərin tələbatını nəzərə alaraq, bankın paytaxt və bölgələrdə yerləşən 5 filialı- “Əcəmi”, “Neftçilər”, 15 saylı, “Sumqayıt” və “Gəncə” filialları həftə sonu saat 10.00-dan 14.00-dək müştərilərin üzünə açıq olacaq.
Şənbə rejimində işləyən filiallar müştərilərə kredit, depozit, sürətli pul köçürmələri, kassa əməliyyatları və digər bank xidmətləri göstərərcək.
Unibank-ın 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində böyük endirim kampaniyası davam edir. Sentyabrın 15-dək Unibank-a müraciət edən ölkə vətəndaşları bankın ad günü münasibəti ilə aşağıdakı endirimləri əldə edə bilərlər:
- Avqustda ad günü olan müştərilərə xüsusi endirim paketi: 0% komissiyalı nağd kreditlər, debet kartlara və depozit qutularının icarəsinə 25 %-lik endirim;
- Depozit təminatı ilə verilən kreditlər komissiyasız;
- Bütün müştərilər üçün nagd kreditlərdə komissiya endirimi- komissiya cəmi 1 % (min. 10 AZN)
- Unibank kartları ilə alış-veriş zamanı bəzi mağazalarda 30%-lik cashback.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
-
21 d. əvvəl
Xəzər sahilində və Sumqayıtın inkişaf edən hissəsində yeni mənzil fürsəti
- 33 d. əvvəl
-
39 d. əvvəl
“Regional” BOKT-un 1 milyon manatlıq istiqrazları ticarətə buraxılır - ŞƏRTLƏR
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
2 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
BakıKart artıq ABB mobile-da!
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
Ən çox oxunanlar
Qızıl 1-ci, pomidor 2-ci, mis filizləri 3-cü yerdə qərarlaşıb - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır





















