"Rabitəbank" 2024-cü ilin 1-ci yarısını xalis mənfəət ilə başa vurub
"Rabitəbank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 10 milyon 596 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 10 milyon 382 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Rabitəbank"ın xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 214 min manat və ya 2,1% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 16 milyon 81 min manat və ya 25 % artaraq 80 milyon 381 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 11 milyon 786 min manat və ya 22 % artaraq 65 milyon 199 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 4 milyon 295 min manat artaraq 15 milyon 182 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 10 milyon 887 min manat).
Həmçinin, ilk 6 ayda Bank əməliyyat mənfəətindən 4 milyon 586 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb. 2023-cü ilin eyni dövründə "Rabitəbank" əməliyyat mənfəətindən 506 min manat ehtiyata ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə "Rabitəbank"ın cəmi aktivləri 723 min manat azalaraq 1 milyard 137 milyon 727 min manata düşüb. Bankın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 44 milyon 282 min manat və ya 6,1% artaraq 765 milyon 441 manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 21 milyon 811 min manat artaraq 261 milyon 445 min manata, biznes kreditləri portfeli 13 milyon 234 min manat artaraq 358 milyon 639 min manata, ipoteka kreditləri portfeli 9 milyon 237 min manat artaraq 145 milyon 357 min manata çatıb.
BANKDA FİZİKİ ŞƏXSLƏRİN ƏMANƏTLƏRİ ARTIB
2024-cü ilin ilk 6 ayı ərzində "Rabitəbank"da cəmi depozitlər 56 milyon 758 min manat və ya 7,5% azalaraq 697 milyon 66 min manata düşüb. O cümlədən, Bankda fiziki şəxslərin depozitləri 19 milyon 141 min manat artaraq 464 milyon 527 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 75 milyon 899 min manat azalaraq 232 milyon 539 min manata düşüb.
30 İyun 2024-cü il tarixində "Rabitəbank" 118 milyon 608 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
-
3 saat əvvəl
Baku Steel Company SAP S/4HANA sistemini uğurla istifadəyə verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azexport” portalı vasitəsilə Yaponiyaya ixrac müzakirə olunub
- 4 saat əvvəl
-
4 saat əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"“AZZA” şirkəti ilə 14 milyon manatlıq kredit müqaviləsi bağlamışıq"
Agentlik 191 şirkətdən 22-nin uçotunu ləğv edib
Sərfəli şərtlərlə istehlak krediti
Fevralın 18-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Müasir marketinq: səs-küydən mənaya doğru
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var





















