ABŞ-da hökumətin bağlanması ehtimalı 50%-ə yüksəlib
Amerikanın maliyyə nəhəngi "Goldman Sachs", ölkədə federal hökumətin büdcə böhranı səbəbindən müvəqqəti "bağlanması" ehtimalının, Prezident Donald Trumpa dəstəyin azalmasına bağlı olaraq 50%-ə yüksəldiyini bildirib.
"Marja" xəbər verir ki, "Goldman Sachs"ın yaydığı hesabata görə, Amerika federal hökumətinin 2018-ci maliyyə ilinin başlanmasının ardındn müvəqqəti bağlanması ehtimalı 50%-ə yüksəlib.
Hesabatda, Trumpa dəstəyin ötən həftə sonu Virciniyada baş verən hadisələrdə irqçi qrupların günahkar hesab edilməməsi səbəbindən azaldığı və bunun hakimiyyətin builki proqramına mənfi təsir göstərəcəyi xəbərdarlığı edilib.
Hesabatda "Trumpa dəstək nisbəti, əvvəlki heç bir prezidentin ilk ilində görmədiyi səviyyələrə geriləyib və düşməyə davam edir", -ifadəsi istifadə edilib.
VERGİ İSLAHATLARI DA RİSKDƏDİR
Hesabatda, ölkədə baş verən siyasi təlatümlərin, Trumpın ən əhəmiyyətli seçki vədlərindən biri olan vergi islahatına yönələn riskləri də artırdığı iddia edilib.
Ağ Ev və Respublikaçılar Partiyasının bu ana qədər vergi islahatı üzrə çox iş görmədyi qeyd edilən hesabatda, "oktyabr ayına qədər irəliləyiş təmin olunmasa, vergi islahatının həyata keçirilməsinin təhlükəyə girəcəyi" proqnozu verilib.
Federal maliyyə ilinin 1 Oktyabrında başlayıb 30 Sentyabrda sona çatdığı ABŞ-da, 2018 maliyyə ili büdcəsi 30 Sentyabra qədər təsdiq edilməsə, federal qurumlar 1 Oktyabrdan etibarən maliyyə çatışmazlığı səbəbindən bağlanmaq təhlükəsi ilə qarşı-qarşıya qala bilər.
Büdcə böhranları, bu günə qədər federal hökumətin sonuncu dəfə 2013-də olmaqla cəmi 12 dəfə bağlanmasına səbəb olub.
24 MİLYARD DOLLARA BAŞA GƏLMİŞDİ
Büdcə üzərində razılığa gəlinməməsinə görə, 1-17 Oktyabr 2013 tarixlərində fəaliyyətlərinə fasilə vermək məcburiyyətində qalan federal təşkilatlarda çalışan təxminən 800 min dövlət işçisi 16 gün ərzində işlərinə getmədi, minlərlə nəzarətçi, polis və sərhəd nəzarət məmuru pul almadan çalışmışdı.
Ölkə iqtisadiyyatına 24 milyard dollara başa gəldiyi güman edilən proses, Demokratlar və Respublikaçıların razılığa gəlmələrindən sonra 17 Oktyabrda başa çatmışdı.
HÖKUMƏTİN BAĞLANMASI NƏDİR?
"Hökumətin bağlanması" bütün dövlət xidmətlərinin dayanması deməkdir. Bu hal, hökumətin növbəti il üçün büdcə proqramının təsdiq edilməməsi ilə əlaqədar yaranır. Belə ki, hökumət müəyyən olunmuş müddətə qədər dövlət büdcəsini, müdafiə xərclərini, maksimal borc limitini təsdiq etməlidir. Əgər bunlar təsdiq olunmasa, konstitusiya hökuməti n "bağlanama"sını (government shutdown) tələb edir.
Bu zaman ilk öncə bəzi dövlət xidmətləri dayandırılır, əgər həll yolu tapılmazsa bütün dövlət xidmətlərinin dayanacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 2 saat əvvəl
-
-
4 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 4 saat əvvəl
-
4 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
5 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
-
5 saat əvvəl
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub
Biznesiniz üçün QISA NÖMRƏ alın
Rusiya limanına hücumdan sonra neft qiymətləri artıb
Sabahdan Azərbaycanda növbəti istilik mövsümü başlayır
Xankəndidə mənzillər satışa çıxarılacaq



















.jpg)

.jpg)



