Elektrik enerjisinə qlobal tələbatın son 20 ildə ən yüksək templə artacağı gözlənilir
Qlobal elektrik enerjisinə tələbatın bu il və 2025-ci ildə 4 faiz artacağı, son 20 ilin ən sürətli artımı olacağı proqnozlaşdırılır.
Marja.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IAA) "Elektrik Enerjisi Bazarı" hesabatına əsasən, bütün dünyada elektrikləşdirilmənin artması tələbatın sürətlə artmasına səbəb olur.
İqtisadi artım, həddindən artıq isti hava, elektrikli nəqliyyat vasitələri və istilik nasosları kimi texnologiyalardan geniş istifadə də bu artıma təkan verir.
Ötən il qlobal elektrik enerji tələbatı 2,5 faiz artıb. Bu il və 2025-ci ildə tələbatın təxminən 4 faiz artacağı gözlənilir. Bu nisbət, qlobal maliyyə böhranı və Covid-19 epidemiyasından sonra müşahidə olunan müstəsna bərpa dövrləri istisna olmaqla, 2007-ci ildən bəri müşahidə edilən ən yüksək illik artım kimi diqqət çəkir.
Dünyanın bəzi böyük iqtisadiyyatlarında elektrik enerjisi istehlakında güclü artım müşahidə olunur. Bu kontekstdə Hindistanda tələbatın bu il güclü iqtisadi aktivlik və isti dalğaları səbəbindən 8 faiz artacağı təxmin edilir. Çində tələb artımının 6 faizi keçəcəyi gözlənilir.
ABŞ-da iqtisadi artım və artan soyutma tələbi, eləcə də genişlənən məlumat (data) mərkəzi sektorunun tələbi artırması hesabına artımın 3 faizə çatacağı gözlənilir.
Digər tərəfdən, Avropa İttifaqında elektrik enerjisinə tələbatın 1,7 artacağı proqnozlaşdırılır.
Tələbat artımının yarısı günəş enerjisi hesabına ödəniləcək
Dünyada elektrik enerjisinə tələbat artdıqca, bu tələbatın ödənilməsində bərpa olunan enerji mənbələrinin rolu da artacaq. Təxmin edilir ki, dünyada bərpa olunan enerjidən istehsal olunan elektrik enerjisinin miqdarı ilk dəfə olaraq kömürdən əldə edilən elektrik enerjisindən çox olacaq.
Günəş enerjisindəki sürətli artımın bu il və 2025-ci ildə də davam edəcəyi və qlobal elektrik enerjisinə tələbatın artmasının yarısının günəş hesabına qarşılanacağı proqnozlaşdırılır.
Bu il qlobal elektrik sektorundan yaranan karbon emissiyalarında kiçik bir artım olacağı və artımın 2025-ci ildə sabit qalacağı təxmin edilir.
Məlumat mərkəzlərinin elektrik enerjisinə tələbatı artır
Süni intellektə əsaslanan texnologiyalar və məlumat (data) mərkəzləri son zamanlar qlobal elektrik tələbatını artıran amillər arasında önə çıxır.
Hesabata görə, məlumat mərkəzlərinin elektrik enerjisi istehlakı hazırda məhdud olsa da, artır. Kripto texnologiyaları istisna olmaqla, məlumat mərkəzlərindən elektrik enerjisinə tələbat 2022-ci ildə qlobal elektrik istehlakının təxminən 1 faizini təşkil edib. Bu nisbətin 2026-cı ilə qədər 1,5 ilə 3 faiz arasında qalacağı təxmin edilir.
Elektrikli nəqliyyat vasitələrinin sürətli artmasına baxmayaraq, 2022-ci ildə elektrik avtomobilləri tələbatın 0,5 faizini təşkil edib. Hesablamalara görə, 2026-cı ildə elektrikli nəqliyyat vasitələrinin istehlakı ümumi tələbatın 2 faizinə yaxınlaşacaq.
Elektrik enerjisi tutumlu sektor olan alüminium istehsalı hazırda qlobal elektrik enerjisinə tələbatın 4 faizini təşkil edir.
UEA-nın Enerji Bazarları və Təhlükəsizlik Direktoru Keisuke Sadamori hesabatı dəyərləndirərkən, "Bu il və 2025-ci ildə qlobal elektrik tələbatının artması son 20 ildə ən sürətli artımlardan biri olacaq" deyib.
Elektrik təchizatında bərpaolunan enerjinin payının artmaqda davam etməsinin sevindirici olduğunu bildirən Sadamori deyib:
"Ancaq beynəlxalq enerji və iqlim hədəflərinə çatmaq üçün bu artım daha sürətli baş verməlidir. Eyni zamanda, istehlakçıları təhlükəsiz elektrik enerjisi ilə təmin etmək üçün şəbəkələri genişləndirmək və gücləndirmək çox vacibdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
9 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi










.jpg)








