Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Bank Sumqayıtda 3-cü filialını açdı

AzVak-mobil_resmin_ustu_31
Bank Sumqayıtda 3-cü filialını açdı

Sənaye əhəmiyyətinə və əhali sayına görə ölkəmizin ən böyük şəhərlərindən olan Sumqayıtda bank xidmət və məhsullarını daha da əlçatan etmək üçün ABB burada yeni bir filial açıb. Beləliklə, ABB-nin hazırda Sumqayıtda xidmət göstərən filiallarının sayı 3-ə çatıb. 

Yeni yaradılmış filial Sumqayıt şəhəri, Heydər Əliyev prospekti 509 ünvanında fəaliyyətdədir. ABB-nin bu şəhərdəki digər filialları isə 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsində və Səməd Vurğun küçəsi - 112/14 ünvanında müştərilərin xidmətindədir.

Reklam_3_11

3 saylı Sumqayıt filialının binası da Bankın yeni brend kimliyinə uyğun qurulub. Müştərilərə ən yüksək səviyyədə xidmət üçün burada hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən digər filialları kimi yeni filialda da müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

Sumqayıt şəhərində ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək. 

23.07.2024 15:45
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19