383 milyon manata qurulan qiymətli metal emalı zavodu tam rejimdə işə salındı
“AzerGold” QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) inşa olunan Çəndə Qələviləşdirmə Zavodu tam rejimdə işə salınıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi, “AzerGold” QSC-nin Müşahidə Şurasının sədri Mətin Eynullayev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ÇİRES-də qiymətli metal filizlərinin çəndə qələviləşdirmə (CIL – Carbon in Leach) texnologiyası ilə emalını həyata keçirəcək zavodun fəaliyyəti, eləcə də “Çovdar" mədənində hasilat və tullantıların idarə olunması prosesi ilə tanış olublar. Tanışlıq səfərində, həmçinin Harvard Kennedi Məktəbinin professoru Xuan Ximenez və Harvard Beynəlxalq İnkişaf Mərkəzinin Laboratoriyasının tədqiqatçıları iştirak ediblər.
Zavod Daşkəsən və Göygöl rayonlarında yerləşən qızıl mədənlərindən hasil edilən qiymətli metal filizlərinin emalında səmərəliliyin daha da artırılması məqsədilə inşa edilib. “AzerGold” QSC tərəfindən zavodla bağlı layihənin icrası üçün tələb olunan 383 milyon manat vəsait daxili imkanlar hesabına təmin edilib. Bölgədə əhalinin məşğulluğunun artırılmasına töhfə olan layihənin icrası ilə daha 101 daimi iş yeri yaradılıb. Bununla da “Çovdar” layihəsi çərçivəsində regionda məşğulluğa cəlb edilən vətəndaşların sayı 2400 nəfərə yaxınlaşıb.
2017-ci ildən “Çovdar” qızıl mədənində hasilata başlayan “AzerGold” QSC yataqda geniş geoloji tədqiqatlar aparıb. Nəticədə, qızıl mədəninin ehtiyatları artırılıb, “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağı kəşf edilib. Ötən əsrin 80-ci illərində potensial filizləşmə zonası kimi müəyyən edilmiş “Tülallar” qızıl yatağı isə müasir dövrün tələblərinə uyğun olaraq geniş tədqiq olunub. Bununla yanaşı, qeyd edilən hər üç yataq istismara verilib. “Çovdar” mədənində oksid filizləri ilə yanaşı, tranzit və sulfid filizləri hesabına satıla bilən qızıl ehtiyatı 179 min unsiyadan 609 min unsiyayadək artırılıb, mədənin istismar müddəti 2029-cu ilədək uzadılıb. Cinahlarda yerləşən mədənlər hesabına isə ümumi qızıl ehtiyatı 778 min unsiyaya çatdırılıb.
2020-ci ildə qiymətli filizlərin emalı prosesində maddi-texniki resurslardan mərkəzləşdirilmiş qaydada istifadə məqsədilə Çovdar Filiz Emalı Sahəsinin bazasında ÇİRES təşkil edilib. Ümumi sahəsi 535 hektar olan regional emal sahəsində inşa edilən yeni zavodun təyinatı filiz emalının optimal texnoloji üsulla həyata keçirilməsidir. İllik 1,1 milyon ton filizüyütmə potensialına malik zavodun fəaliyyəti nəticəsində filizlərin tərkibindən və metallurji xüsusiyyətlərindən asılı olaraq qızılın 90%-dək alınması təmin olunacaq.
Layihənin icrası zamanı bütün təhlükəsizlik normalarına ciddi riayət olunub. Layihə üzrə istehsalın ekoloji norma və standartlara uyğunluğu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təsdiqlənib. Zavodda işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi üçün müvafiq idarəetmə sistemi qurulub.
ÇİRES-də çəndə qələviləşdirmə texnologiyası Böyük Britaniya şirkətinin hazırladığı texnoloji dizayn əsasında layihələndirilərək Koreya şirkəti tərəfindən inşaatına nəzarət həyata keçirilib. Türkiyə şirkətinin əsas podratçı qismində iştirakı ilə inşa edilən, Almaniya, İsveç, İsveçrə, Kanada və Türkiyə istehsalı olan müasir avadanlıqlarla təchiz olunan zavod və köməkçi infrastruktur obyektləri ümumilikdə 22 ay ərzində tam hazır vəziyyətə gətirilib.
Yeni zavodun tam gücü ilə fəaliyyətə başlaması regional sosial-iqtisadi inkişafa, qiymətli metalların ixrac potensialının artmasına töhfə verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
7 d. əvvəl
Marja.az oxucularını və tərəfdaşlarını Yeni il münasibətilə təbrik edir!
-
18 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
19 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
19 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 19 saat əvvəl
-
19 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Ən çox oxunanlar
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı

























