"Fitch" Azərbaycan Mərkəzi Bankının fəaliyyətinin səmərəli olduğunu qeyd edib
Xəbər verdiyimiz kimi, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici valyutada emitent defoltunun reytinqini (IDR) "BB+"dan "BBB-"yə yüksəldib. Proqnoz "sabit"dir.
Agentliyin qərar ilə bağlı yaydığı press-relizdə bildirilir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən daxili likvidliyin və valyuta tələbinin idarə edilməsi potensialının gücləndirilməsi və alətlərin genişləndirilməsi bank sektorunun sağlamlaşdırılmasına töhfə vermişdir. O cümlədən Mərkəzi Bank tərəfindən xarici borcun və maliyyə dollarlaşması səviyyəsinin (Müqayisə üçün: 2024-cü ilin mayında 40%-lik göstərici ilə 2015-ci ilin sonundakı 81,6%-lik yüksək həddin yarısından daha az olmuşdur) endirilməsi ilə valyuta riskinə qarşı həssaslığın azaldılması makro-maliyyə sabitliyinə risk yaratmadan və ya suveren balansın əhəmiyyətli dərəcədə aşınmasına yol vermədən de-fakto sabitliyi qorumaq qabiliyyətini artıracaqdır.
Məlumatda qeyd edilib ki, Mərkəzi Bank aralıq əməliyyat hədəfi kimi valyuta məzənnəsindən istifadə edir. Mərkəzi Bank 2022-ci ildən artıq daxili likvidliyi idarə etmək və əsas siyasət dərəcəsinin ötürücülüyünü artırmaq imkanlarını təkmilləşdirmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 31 d. əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur



















.webp)





