Yaponiya Mərkəzi Bankı faiz artırdı
Yaponiya Mərkəzi Bankı faiz dərəcəsini 0,1 faizdən 0,25 faizə qaldıraraq, yenin ABŞ dollarına nisbətdə ucuzlaşmasını cilovlayır.Yaponiya Mərkəzi Bankı (BOJ) əsas faiz dərəcələrini qaldırıb və dövlət istiqrazlarının alışını azaltmağa qərar verib.
Marja xəbər verir ki, BOF faizini 0,1%-dən 0,25%-ə yüksəldib.
BOJ mart ayında mənfi faiz siyasətinə son qoyub.
BOJ, əvvəllər təxminən 6 trilyon yen olan aylıq JGB (Yaponiya Hökumət İstiqrazı) alışlarını 2026-cı ilin yanvar-mart dövründə 3 trilyon yenə qədər azaldacağını bildirib.
Faiz qərarı ilə birlikdə açıqladığı rüblük proqnozunda BOJ, inflyasiyanın 2% hədəfinə yaxın qalacağı fikrinə sadiq qalıb.
BOJ, dəyişkən təzə ərzaq qiymətləri istisna olmaqla, əsas istehlakçı inflyasiyasının 2025-ci ilin martında sona çatan ildə əvvəlki 2,8% proqnozla müqayisədə 2,5% təşkil edəcəyini gözlədiyini bildirib. FOJ, ümumi istehlak qiymətləri indeksinin 2026-cı ilin martında bitən ildə 2,1%, gələn il isə 1,9% artacağını proqnozlaşdırır.
Həmçinin BOJ Yaponiya iqtisadiyyatının cari maliyyə ilində əvvəlki hesabatında proqnozlaşdırılan 0,8% artımla müqayisədə 0,6% artacağını proqnozlaşdırıb. Mərkəzi Bank, həm 2026-cı ilin martında bitən, həm də növbəti ildə 1,0% artım proqnozlaşdırır.
Yaponiya Mərkəzi Bankı, dünyanın ən böyük iqtisadiyyatlarından birinin daha güclü iqtisadi artımı davam etdirə biləcəyi ümidi ilə inflyasiyanı təşviq etmək üçün illərdir faiz dərəcələrini sıfıra yaxın və ya aşağı səviyyədə saxlayırdı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 16 d. əvvəl
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
- 2 saat əvvəl
-
11 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Alphabet 100 illik istiqraz burxmağı planlaşdırır
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Ən çox oxunanlar
Fəzail Ağamalı vəfat edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur




















.webp)





