Kisələrə yığılaraq satışa göndərilir
Neftçala rayonunda yerləşən duz gölündən duz kisələrə yığlaraq satışa göndərilir.
“Marja” xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
"Duz Neftçala rayonunda yerləşən duz gölündən toplanıb satılır. Bu duzlar ən təhlükəli metallarla zəngin,təmizlənməmiş duzlardır. Bu kimi duzların satışı qadağan olsa da, Neftçala rayonunda dövlətin qanunlarının icrasına cavabdeh orqanlar,xüsusən Səhiyyə Nazirliyi,İqtisadiyyat Nazirliyi və s. təhlükəli duzun yığılıb satılmasına tam biganəlik göstərirlər.Bir ictimai təşkilat olaraq dövlətdən məvacib alan məmurların biganəliyinə son qoyulmasını və bu anormal halın qarşısının alınmasını istəyirik və əhaliyə müraciət edirik ki, bu duzları istehlak edib özünüzü zəhərləməyin”,- o deyib.
Qeyd edək ki, 2001-ci ildə ölkəmizdə "Yod çatışmazlığı xəstəliklərinin profilaktikası məqsədi ilə duzun yodlaşdırılması" haqqında qanun qəbul olunub.Qanunun 8.3 maddəsinə görə "Yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı,satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 2 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib























