“Zil” restoranı Şəhidlər parkına çəkilən xətdən qeyri-qanuni su götürüb"
Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib Nizami rayonunda restoran, kafe, sex və avtoyuyucular sudan qeyri-qanuni istifadə edib.İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti Nizami rayon Sukanal İdarəsi əməkdaşlarının sudan qeyri-qanuni istifadənin aşkarlanması və aradan qaldırılması məqsədilə keçirdikləri nəzarət tədbirləri zamanı bəzi obyektlərdə içməli sudan qanunsuz istifadə halları qeydə alınıb.
İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidmətindən Marja-ya verilən məlumata görə, Ş.Mirzəyev küçəsi, ev 20 ünvanında yerləşən “Zil” restoranına 01.08.2024-cü il tarixində baxış keçirilərkən məlum olub ki, həmin ərazidəki Şəhidlər parkına çəkilən xətdən götürülən su ilə restoranın həyəti suvarılır.
05.08.2024-cü il tarixində restoranda aparılan təkrar yoxlama nəticəsində oxşar halın yaşandığı aşkara çıxıb. Restoran əməkdaşları sayğacaqədərki xəttə rezin boru birləşdirərək sudan qanunsuz istifadə ediblər.
M.Şərifli küçəsi 2593-cü məhəllə, ev 1/bTK, mənzil 0 ünvanında yerləşən “Su sexi”nə 24.07.2024-cü il tarixində baxış zamanı da sudan qeyri-qanuni istifadə halı aşkarlanıb. 05.08.2024-cü il tarixində təkrar baxış keçirilərkən yenidən eyni hal qeydə alınıb. Quraşdırılan sayğacdan keçən su xətti kəsilərək birbaşa qoşulma ilə müəssisədə su təminatı qanunsuz yolla qarşılanıb.
C.Naxçıvanski küçəsi, ev 50/A ünvanında yerləşən “Şəki” kafesi, Ə.Kürçaylı küçəsi, ev 8 ünvanında yerləşən “Yuyucu” və R.Rüstəmov küçəsi, ev 41 ünvanındakı “Yuyucu” müəssisələrində 01.08.2024-cü il tarixində aparılan yoxlamalar zamanı sudan qanunsuz yollarla istifadə halları müəyyənləşdirilib.
Bütün qeyri-qanuni xətt və birləşmələr kəsilərək ləğv edilib, dəymiş ziyanlar əsasında akt tərtib olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















