Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ilk tirajı yekunlaşdı - QALİBLƏR
(®) Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank, taksit kartı sahibləri üçün lotereya keçirir Kapital Bank-ın 150 illik yubleyi münasibətilə keçirilən lotereyanın ilk tirajı 8 avqust 2024-cü il tarixində baş tutub.
10-31 iyul 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb.
Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj1
Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 000 manatdır. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada Birbank taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. 3 tirajda keçirilən lotereyanın 2-ci tirajı 10 sentyabr (1-31 avqust tarixində edilən əməliyyatlar), final tirajı isə 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.
Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.
Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənəcək “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
7 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



