“AzerGold” : "Videomüraciətə inanmayın, pulunuzu ələ keçirə bilərlər"
““AzerGold” QSC-nin adından yayılan saxta müraciətlərə qarşı tədbirli olmağa çağırırıq”Müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı, süni intellektin imkanlarının genişləndirilməsi rəqəmsal təhdidlərin də artması ilə müşayiət olunur. Sözügedən texnoloji yeniliklər təyinatı üzrə istifadə edilmədiyi halda böyük risklərə, arzuolunmaz nəticələrə səbəb olur.
“AzerGold” QSC-nin yaydığı məlumatda bildirilir ki, kiberdələduzluq hallarının qlobal səviyyədə vüsət aldığı bir şəraitdə son günlərdə bir sıra sosial şəbəkə seqmentlərində saxta hesablardan edilən paylaşımlar vasitəsi ilə “AzerGold” QSC-nin rəhbərliyi adından da dırnaqarası investisiya layihəsi ilə bağlı videomüraciətlər tirajlanır.
Bununla yanaşı, mesajlaşma platformalarında dövlət şirkətinin istehsal müəssisələrinin adından qruplar yaradaraq, üzvləri müxtəlif qazanc vədləri altında saxta keçidlərə yönləndirirlər. Dövlət şirkətinin işgüzar nüfuzundan sui-istifadə etməklə təşkil edilən bu cür videomüraciət və kampaniyalar heç bir reallığı əks etdirmir və əsil məqsədi vətəndaşların maliyyə vəsaitlərini ələ keçirməkdir.
"“AzerGold” QSC vətəndaşları bu cür addımlara qarşı tədbirli olmağa, Səhmdar Cəmiyyətin fəaliyyəti ilə bağlı məlumatları yalnız şirkətin rəsmi informasiya resurslarından, həmçinin etibarlı mənbələrdən almağa, təqdim edilən keçidlərə daxil olmamağa çağırır. Bu kimi hallarla rastlaşdıqda, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyə edirik",- məlumatda deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























