Azərbaycan Özbəkistanın tikinti sektoruna 500 milyon dollardan çox investisiya yatıra bilər
Azərbaycan Özbəkistanın tikinti sektoruna 500 milyon ABŞ dollarından çox investisiya yatıra bilər.
“Sputnik Özbəkistan” xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov bu gün Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, iki ölkə arasında yükdaşımalarda artım 25-30 % civarındadır.
“Qurulmuş nəqliyyat-logistika kommunikasiyaları gözlədiyimiz nəticələri verir. Biz görürük ki, regionda yükdaşımaların həcmi hər iki istiqamətdə 25-30 % artır”, - nazir bildirib.
M.Cabbarov onu da əlavə edib ki, yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsi açılacaq: "Bu, Özbəkistan şirkətinin investisiya layihəsidir"
Forum zamanı Bakı, Şuşa, Daşkənd və Səmərqənddə ticarət evlərinin və “show room”ların açılması da müzakirə olunub.
Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovun sözlərinə görə, ölkəsi Azərbaycanda faydalı qazıntıların emalına, habelə tikinti materialları istehsal edərək Qarabağın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işlərində iştirak etməyə hazırdır.
Bundan əlavə, L.Kudratov Azərbaycan şirkətlərini Özbəkistanda əlvan metal yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edib.
“Biz də öz növbəmizdə Azərbaycan şirkətlərini əlvan metalların, o cümlədən mis yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edirik. Enerji və neft-qaz sahələrində əməkdaşlıq yaxşı templə inkişaf edir”, – özbəkistanlı nazir qeyd edib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















