Azərbaycan holdinqi Daşkənddə lüks hotel və rezidensiya tikir - 200 MİLYON DOLLARLIQ LAYİHƏ
Azərbaycanın "PAŞA Holding" şirkəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində beşulduzlu mehmanxananın və “The Ritz-Carlton” brendi altında premium-sinif rezidensiyasının tikintisi layihəsini həyata keçirir. Layihənin dəyəri 200 milyon dollardır.
Marja.az xəbər verir ki, bu barədə Özbəkistan-Azərbaycan birgə layihələrinə start verilməsi mərasimində məlumat verilib.
"PAŞA Holding"ə daxil olan "PASHA Development"in Özbəkistandakı törəmə müəssisəsinin baş direktoru Dinçer Filiz Daşkənddə jurnalistlərə açıqlamasında deyib ki, layihə beynəlxalq və Azərbaycan dizaynerlərinin komanda olaraq iştirakı ilə həyata keçiriləcək.
"Artıq PAŞA Holding-in bu layihəyə başladığını görürük. Tikinti Azərbaycanın təşkil etdiyi komanda tərəfindən icra olunacaq. Özbəkistanda yüksək səviyyəli lüks hotel və rezidens layihələrinin həyata keçirilməsi zəruridir. Çünki inkişaf bu yöndə irəliləyir və biz də PAŞA Holding olaraq bu inkişafda iştirak etmək istəyirik. Bu böyük bir layihədir və sərmayədir. Hazırda bu layihəyə planlaşdırılan sərmayə 200 milyon dollar civarındadır.
"The Ritz-Carlton Residences" layihəsi Özbəkistanda ən böyük layihələrdən biri olacaq və bunun icrasını Azerbaycanda fəaliyyət göstərən PAŞA Holding həyata keçirəcək. Biz də öz növbəmizdə bununla qürur duyuruq", - baş direktor əlavə edib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















