AZAL Bakıdan Maldiv adalarına biletin qiymətlərini açıqlayıb
Bakı-Male-Bakı biletinin qiyməti noyabr ayı üçün 1000 manatdan yüksəkdir.
Xəbər verdiyimiz kimi, "Azərbaycan Hava Yolları" aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək. Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.
Marja.az-ın məlumatına görə, ilk reysə (8 noyabrda) yalnız bir istiqamətə (Bakı - Male) biletin qiyməti 695 manatdan başlayır (günorta saatlarında bu qiymət 620 manat idi). 10,15, 17, 22, 24 və 29 noyabr tarixləri üçün isə yalnız bir istiqamətə (Bakı - Male) biletin qiyməti 620 manatdan başlayır.
Gediş-qaydış biletini birgə aldıqda isə qiymət daha münasib olur. Məsələn, Noyabrın 8-i gediş, Noyabrın 11-i qayıdış seçilərsə, cəmi gediş-qayıdış qiyməti 1077 manatdan başlayacaqdır (büdcə tarifi). 16 noyabrda gedişi, 23 noyabrda qayıdışı seçdikdə isə 1 sərnişin üçün qiymət 1016 manatdan başlayır.
Biznes tarifi üzrə yalnız bir istiqamətə qiymət isə 3197 manat təşkil edir.
Hazırda Dekabrın 1-15-i tarixləri arasındakı reyslərə yalnız bir istiqamət üzrə 562 manata bilet almaq mümkündür. Bu tarixlər üzrə gediş-qayıdış biletini 920 manatdan başlayan qiymətlərə də almaq mümkündür.
Yeni ilə yaxın günlər üçün isə bilet qiymətləri xeyli yüksəkdir. Məsələn, 29 dekabr 2024-cü il tarixinə biletin qiyməti 1392 manatdan başlayır. 19 Yanvar 2025-ci il tarixindən başlayaraq reyslərə qiymət 561,2 manatadək enir.
Qeyd edək ki, biletlərin qiymətləri təlabatdan asılı olaraq dəyişə bilər.
Bakı-Male reysinin müddəti 6 saat 5 dəqiqə təşkil edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
8 saat əvvəl
Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı
-
8 saat əvvəl
Bank of Baku istiqrazları yüskək tələbatla satıldı - 99%-i fiziki şəxslər olan 601 investor!
-
8 saat əvvəl
"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi

Mastercard Insights: İdmanı turizmin katalizatoru kimi

Son 2 gündə Bakıda imzalanmış sənədlər üzrə məbləğlər açıqlandı

"Sea Breeze Health Valley" layihəsilə ölkəmizin səhiyyə sisteminin modernləşəcəyi bildirilib

Azərbaycan şirkəti Türkiyə şirkətilə müqavilə imzalayıb - Modulyar Panel Sistemlərinin quraşdırılacaq

Azərbaycan şirkəti Qazaxıstan şirkətilə birgə müəssisə yaradır - 2 milyon ton gücə malik zavod tikiləcək
Ən çox oxunanlar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

Azərbaycanın Milli Depozit Mərkəzi ilə Qazaxıstanın Mərkəzi Depozitarı arasında müxbir əlaqələr yaradılıb

"Bank of Baku"nun istiqrazlarına 601 investordan 682 sifariş - BANK 20 MİLYON MANATI CƏLB EDƏ BİLDİ

Azərbaycan və Qətər Sərmayə Fondu birgə layihələri müzakirə edib

“Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri "PAŞA Bank" ilə strateji tərəfdaşlığı elan ediblər

SOCAR İtaliyada 4500 yanacaqdoldurma məntəqəsi olan şəbəkəni aldı

"Ələtdə istifadəyə veriləcək yeni yük hava limanı Azərbaycanı Avrasiyada əsas logistika mərkəzlərindən birinə çevirəcək"

Spirtin və alkoqollu içkilərin istehsalı, idxal və satışına dövlət nəzarəti bu quruma da tapşırıldı
