Azərbaycanın mələk investor klubu qlobal tanınan startapa investisiya etdi
Technovate-Sabah Mələk İnvestorlar Klubu MOGL Sstartapına 30 min dollar investisiya etdiAzərbaycanın aparıcı mələk investor klubu olan Technovate-Sabah Mələk İnvestorlar Klubu, qlobal miqyasda tanınan startap olan MOGL-a 30 000 ABŞ dolları məbləğində investisiya edib.
Bu barədə Marja-ya Technovate-Sabah Mələk İnvestorlar Klubundan bildirilib.
Qeyd edilib ki, bu investisiya, klubun həm yerli, həm də beynəlxalq bazarlarda yüksək potensiala malik startapları dəstəkləmək və innovasiyaları təşviq etmək istiqamətindəki sadiqliyini bir daha vurğulayır.
MOGL, idmançıları dəstəkləmək və brendlər ilə aralarındakı boşluğu aradan qaldırmaq məqsədi daşıyan qlobal bir startapdır. İnnovativ platforması vasitəsilə MOGL, idmançıların potensialını maksimuma çatdırmağa və brendlərin hədəf auditoriyalarına effektiv şəkildə çatmasına imkan verir. İcraçı direktor Ayden Syal rəhbərliyi altında MOGL, idman və brend sahələrində təsirini genişləndirməkdə davam edir.
"İdmançıları dəstəkləmək və brend əlaqələrini gücləndirmək missiyasını yerinə yetirən MOGL-u dəstəkləməkdən məmnunuq," – Technovate-Sabah Mələk İnvestorlar Klubu İcraçı Direktoru Alya Abbaszadə bildirib və əlavə edib: "Bu investisiya, güclü inkişaf potensialına və qlobal genişlənmə qabiliyyətinə malik olan innovativ startapları dəstəkləmək hədəfimizə uyğun gəlir."
Technovate-Sabah Mələk İnvestorlar Klubu, Azərbaycanın ilk Mələk İnvestorlar Klubu olub ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmağı və eyni zamanda onların global startaplara investisiya qoymasına dəstək olaraq Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verir. Klub 2022-ci ildə “Technovate” şirkətinin rəhbəri Fərid İsmayılzadə və SABAH.hub tərəfindən təsis olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib




















