İsmayıllıda saxlanılan vəzifəli şəxs haqda qərar verildi
İsmayıllıda keçirilən korrupsiya əməliyyatı ilə bağlı saxlanılan bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, ona vəzifə səlahiyyətlərini aşma, külli miqdarda rüşvət alma və vəzifə saxtakarlığı maddələri ilə ittiham elan olunub.
Diyallı bələdiyyəsinin sədri olan Cahangir Surxayev məhkəməyə çıxarılıb. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsin həbsini tələb edib.
Binəqədi Rayon Məhkəməsi verilmiş ittihamların ağırlığını və təqsirləndirilən şəxsin istintaqdan yayınma ehtimalını nəzərə alaraq təqdimatı təmin edib. Qərara əsasən, C.Surxayev haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bələdiyyə sədri ilə birgə İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov da saxlanılmışdı. O, eyni zamanda Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantıdır. Ə.Süleymanov haqda hələ ki, məhkəməyə təqdimat daxil olmayıb.
Xatırladaq ki, ötən ilin yayında bu bələdiyyə sədri ağacları kəsdiyi üçün məsuliyyətə cəlb edilmişdi. Faktla bağlı akt tərtib edilmiş, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilmişdi.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 41 d. əvvəl
-
48 d. əvvəl
BYD-nin satışları azalır, səhminin qiyməti son 9 ayın ən aşağı səviyyəsinə düşüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
PAŞA Kapital və Sea Breeze arasında Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxış edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Daha bir bankın nizamnamə kapitalı 100 milyon manatı keçib
Mərkəzi Bank kredit ittifaqının lisenziyasını ləğv edib
PAŞA Kapital və Sea Breeze arasında Strateji Tərəfdaşlığa dair Memorandum imzalanıb
Rüşvət müqabilində torpaq - Qaradağ rayonunun və Dövlət Xidmətinin vəzifəli şəxslərinin həbsilə bağlı RƏSMİ MƏLUMAT
Ən çox oxunanlar
OPEC+ qərarından sonra neft qiymətləri yüksəlib
Expressbankdan Metropoliten işçilərinə - ÖZƏL TƏKLİF
“AzInTelecom” Ağdamda ağacəkmə aksiyası keçirib
Bizneslər üçün ulduz nömrələri əldə etmək artıq çox asandır
Yeni premium hibrid krossoveri qarşılayın



















.jpg)


