“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin gəliri azalıb, zərərdən xilas ola bilməyib
“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” QSC (Caspian International Investment Company) 2023-cü ili 557 min manat xalis zərər ilə başa vurub. Şirkət 2022-ci ili 2 milyon 420 min manat xalis zərər ilə bağlamışdı. Beləliklə, ötən il “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin xalis zərəri 4,3 dəfə azalıb. Zərərin azalamsı aktivlərin dəyərizləşməsi üzrə itkinin olmaması ilə bağlıdır. Həmçinin şirkətin satış və inzibati xərclərində də azalma baş verib.
Marja.az QSC-nin illik hesabatına istinadən xəbər verir ki, “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti”nin gəliri 2022-ci ildə 1 milyon 277 min manat ikən, 2023-cü ildə 971 min manata düşüb.
ŞİRKƏT KİÇİLİB
31 dekabr 2023-cü il tarixində “Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” 20 milyon 558 min manat cəmi aktivlərə malik olub. Şirkər 2022-ci ilin sonunda 23 milyon 486 min manat cəmi aktivlərə malik idi.
“Xəzər Beynəlxalq İnvestisiya Şirkəti” (XBİŞ) 2008-ci ilin mart ayında Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) tərəfindən Azərbaycanın qeyri-neft sektorunun genişləndirilməsi, İslam prinsiplərinə əsaslanan investisiyaların təşviq edilməsi və yerli iqtisadiyyatın inkişafına töhfə verilməsi məqsədləri ilə yaradılmışdır. Sonrakı illər ərzində körfəz regionunu təmsil edən digər səhmdarlar Şirkətin səhmlərini əldə etmişdirlər. XBİŞ-in əsas hədəfi beynəlxalq investorları Azərbaycanın iqtisadiyyat bazarına daxil olmaları üçün investisiya aləti kimi xidmət göstərməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















