Qlobal bazarlarda son vəziyyət
Dollar/yen məzənnəsi ötən gün səhər keçən ilin sonundan bu yana ən minimum həddinə çatdıqdan sonra, bahalaşmağa başlayıb. USD/JPY cütlüyü dünən 140.710 (28 dekabr tarixindən bəri ən aşağı hədd) səviyyəsini test etdikdən sonra 142.770 səviyyəsinə qədər yüksəlib.
EUR/USD cütlüyü isə əvvəlki gün ərzində 1.1054 həddindən 1.1002 həddinə qədər ucuzlaşsa da, buradan dəstək taparaq bir qədər bahalaşıb və 1.1017 səviyyəsində qərarlaşıb. Dollar indeksi 0.08% artaraq 101.77 bənd təşkil edib.
Bazar iştirakçıları çərşənbə günü dərc edilən məlumatları qiymətləndirməyə davam edir. Belə ki, ABŞ-da İstehlak Qiymətləri İndeksi illik ifadədə iyul ayı ilə müqayisədə avqust ayında 2.9%-dən 2.5%-ə qədər geriləyib. Aylıq ifadədə istehlak qiymətləri avqust ayında 0.2% artıblar. Açıqlanan göstəricilər ABŞ Federal Ehtiyatlar Sisteminin gələn həftə keçiriləcək iclasından sonra mümkün hərəkətliyi müəyyən etmək üçün vacibdir. Verilən məlumatlara əsasən, analitiklərin 87%-i tənzimləyici qurumun uçot dərəcəsinin 25 baza bəndi - 5-5.25%-ə qədər endirilməsini proqnozlaşdırırlar.
Cümə axşamı Avropa Mərkəzi Bankının (AMB) toplantısının nəticələri məlum olacaq. Analitiklər AMB-nin faiz dərəcəsini 4.25%-dən 4%-ə qədər endirəcəyini proqnoz edirlər. Faiz qərarından əlavə, tənzimləyici qurum Avrozona üçün yenilənmiş makroiqtisadi proqnozları da təqdim edəcək.
ABŞ-da istehlak qiymətləri ilə bağlı məlumatların açıqlanmasından sonra beynəlxalq birjalarda qızılın qiyməti bir qədər yüksəlib. Dəyərli metalın 1 troya unsiyası üçün spot qiyməti hal-hazırda 2518$ təşkil edir. Ekspertlərin fikrincə, dolların 2025-ci ildə ucuzlaşmaqda davam edəcəyi təqdirdə, ABŞ-dan kənarda qızılın tələbi və qiymətləri dəstək ala bilər. Ehtimal olunur ki, mərkəzi banklar çox güman ki, qızıl almağa davam edəcəklər. Bundan əlavə, analitiklər 2025-ci ilin sonunda qızılın qiymətinin 1 unsiya üçün 2750$ səviyyəsinə çatacağını proqnoz edirlər.
ABŞ-da baş verən “Francine” qasırğasının təsiri fonunda cümə axşamı səhər birjalarda neftin qiyməti bahalaşır. “Brent” markalı neftin bir barrel üçün qiyməti 72$, “WTI” markalı neftin isə bir barrel üçün qiyməti 68.2$ təşkil edir. Analitiklərin fikrincə, "Francine” qasırğası ilə bağlı narahatlıqlar üstünlük təşkil edir və istənilən istehsalda fasilələr yaxın müddətdə tədarükün kəsilməsinə səbəb olacaq. Bununla belə, son zamanlar qiymətlərin aşağı düşməsi o deməkdir ki, “treyderlər iqtisadi artımın yavaşlayacağına getdikcə daha çox əmin olurlar ki, bu da bütün dünyada yanacağa tələbatın azalmasına səbəb olacaq”.
Məlumat İnvest-Az İnvestisiya Şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 1 saat əvvəl
-
-
2 saat əvvəl
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
1-ci rübdə 6,6 milyon ton neft, 12,6 milyard kubmetr təbii qaz hasil edilib
-
5 saat əvvəl
Expressbank-ın xalis mənfəəti 2026-cı ilin ilk rübündə 35%-dən çox artıb
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
-
5 saat əvvəl
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
“Azerconnect Group”un baş direktoru Emil Məsimov “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
ABB mənfəətində yüksək artım açıqladı – BANKIN 1-Cİ RÜB ÜZRƏ MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
"Yapı Kredi Bank Azərbaycan" son maliyyə vəziyyətini açıqladı
"İPO-da əsas anderrayter kimi iştirak etmək bizim üçün həm məsuliyyət, həm də yüksək etimadın ifadəsidir"
“Azpetrol LTD” MMC “Top 100” vergi ödəyicisi siyahısında 38-ci yerdə
Kart ödənişləri üzrə komissiyalara yuxarı hədd müəyyən edilib






.jpg)
.jpg)



.jpg)






