ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçdi - FOTOLAR
Azərbaycan Dəmir Yolları (ADY) 2024-2025-ci tədris ilinin başlaması ilə əlaqədar sərnişindaşımada artan tələbatın təmin olunması, sərnişinlərin vaxtında və təhlükəsiz mənzilbaşına çatdırılması, eləcə də xidmət keyfiyyətinin təmin edilməsi məqsədilə bir sıra addımlar atıb.
ADY-nin yaydığı məlumatda bildirilir ki, Abşeron dairəvi dəmir yolu marşrutu üzrə infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə aprel ayından etibarən Pirşağı-Sumqayıt sahəsində proflaktik işlər görülüb.
Belə ki, yeni dərs ilinin başlaması ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlar yenilənmiş qrafiklə xidmət göstərəcək. 16 sentyabr tarixindən qüvvəyə minən yeni hərəkət cədvəlinə əsasən, Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə gediş-gəliş reyslərinin sayı 20-dən 24-ə, Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu üzrə isə 36-dan 42-yə çatdırılıb.
ADY yeni tədris ilinin başlanması ilə bağlı gücləndirilmiş iş rejiminə keçib, reyslər üzrə mütəmadi reydlər həyata keçirilib, bütün vağzal və stansiyalarda təmir və abadlıq işləri aparılıb. Həmçinin yay aylarında bələdçilər, kassir və kassir-nəzarətçilərin təlimlərə qatılması təmin edilib ki, bütün bunlar da xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.
Fasiləsiz və keyfiyyətli fəaliyyəti təmin etmək məqsədilə qatarlara Bakı lokomotiv deposunda plandankənar baxış keçirilib, aidiyyəti texniki və estetik təmir işləri aparılıb.
Dəmiryol nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi istiqamətində ADY mütəmadi olaraq tədbirlər keçirir. Yay ayları ərzində vağzal və stansiyalarda yanğın təhlükəsizliyi sistemi, elektrik qurğu və cihazlarının yoxlanılması həyata keçirilib, platformalarda yanğın nasosları yoxlanılıb, bütün bələdçi və maşinist heyətinə yanğın təhlükəsizliyinin əsasları mövzusunda nəzəri və praktiki təlim keçirilib.
Yanğın təhlükəsizliyi qaydalarına uyğun olaraq Bakı-Sumqayıt-Bakı ekspres qatarının siqnalizasiya sisteminin sınaq testi baş tutub və bu istiqamətdə bələdçi heyətinə nəzəri və praktik təlim keçirilib.
Həmçinin beynəlxalq təcrübəyə əsasən, bələdçi heyəti ilkin yardımın əsasları təliminə cəlb olunub.
Sərnişinlərin təhlükəsiz səyahətlə bağlı məlumatlılıq dərəcəsinin artırılması üçün təhlükəsizlik mövzusunda videoçarx hazırlanıb və qatarların daxilində təqdim edilir. Bundan başqa, qatarların daxilində beynəlxalq təcrübəyə əsaslanaraq təhlükəsizlik üzrə posterlər yerləşdirilib, stansiya və dayanacaqlarda isə məlumatverici, qadağanedici, xəbərdaredici nişanlar yenilənib.
ADY Bakı Şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dəmir yollarının təhkim zolaqlarının məişət tullantılarından təmizlənməsini həyata keçirib. Təmizlik işləri çərçivəsində Sabunçu rayonunun Zabrat və Kürdəxanı qəsəbələri ərazisində dəmir yolları və onlara yaxın ərazilər müxtəlif növ məişət tullantılarından təmizlənib və nəticədə, həm dəmir yolu infrastrukturunun, həm də ətraf ərazilərin ekoloji vəziyyəti yaxşılaşdırılıb.
Vağzal və stansiyalarda tullantıların idarə edilməsi sisteminin qurulması istiqamətində çeşidlənmiş tullantı qabları yerləşdirilib. Plastik tullantılarla hidrosferin çirklənməsinə diqqət çəkmək, biomüxtəlifliyin qorunması məqsədilə yeni pilot layihələr üzərində iş aparılır.
ADY ətraf mühiti qoruyan, həmçinin insan sağlamlığı üçün faydalı olan velosipeddən istifadə edən sərnişinləri də nəzərə alır.
Qatarlarda əl yükləri üçün nəzərdə tutulmuş yerlərdə bir ədəd qatlana bilən mühərriksiz və batareyasız velosipedin çexolunda, uşaqlar üçün nəzərdə tutulmuş mühərriksiz, batareyasız skuterin (samokat) yığılmış vəziyyətdə ödənişsiz aparılmasına icazə verilir. FLIRT markalı qatarların dördüncü vaqonunda isə mühərriksiz və 2 ədəd batareyasız velosipedin daşınması üçün nəzərdə tutulmuş yerlər mövcuddur. Həmçinin ADY Abşeron dairəvi dəmir yolu xətti üzrə bütün stansiyalarda velosiped dayanacaqları quraşdırıb, Keşlə, Bakıxanov, Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı və Novxanı dəmiryol dayanacaqlarında avtodayanacaqları sərnişinlərin istifadəsinə verib. Bu xidmətlərdən istifadə ödənişsizdir.
Görülmüş bütün bu tədbirlər müştəri məmnuniyyətinin artmasına və səfər zamanı daha çox sərnişinin qatarlara üstünlük verməsinə gətirib çıxarır. Müştəri məmnuniyətinin ölçülməsi baxımından 2024-cü ilin aprel ayında sərnişin daşımaları üzrə fiziki və onlayn formada soğru keçirilib və nəticələrə əsasən məmnuniyyət göstəricisi 88% olub.
Qeyd edək ki, ADY qatarları ilə bu ilin avqust ayında 651 min sərnişin daşınıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur. Abşeron dairəvi dəmir yolu xətti üzrə günlük səfər sayı isə 30 minə yaxındır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
10 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
11 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
11 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
11 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
11 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)







.jpg)







.jpg)
