“Azərsun Holdinq” COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşıdır
Abdolbari Gozal: "Biz böyük həvəslə COP29 çərçivəsində baş tutacaq görüşlərimizi gözləyirik”(®) Ölkəmizdə fəaliyyətə başladığı gündən iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfələr verən “Azərsun Holdinq”, həm də Azərbaycanda təşkil edilmiş qlobal layihələrin əsas tərəfdaşlarından olub.
Üzərində “Made in Azerbaijan” yazısını daşıyan məhsulları ilə dünyanın 40-dan artıq ölkəsində Azərbaycanı şərəflə təmsil edən “Azərsun Holdinq” Bakıda təşkil ediləcək COP29 layihəsi ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Adıçəkilən şirkətlər qrupu layihədə Dayanıqlı İnkişaf Tərəfdaşı olaraq təmsil olunacaq.
11-22 noyabr arası keçiriləcək layihədə “Azərsun Holdinq” qida, qeyri-qida, kənd təsərrüfatı, daşınmaz əmlak və digər fəaliyyət sahələrində dayanıqlı inkişaf üçün təcrübələrini paylaşacaq, eyni zamanda bu istiqamətdə qlobal təşkilatlar və şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirəcək.
Məsələ ilə bağlı “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Gozal açıqlama verib: “COP29-a tərəfdaş kimi qoşulmaq, “Azərsun”un dayanıqlı inkişafa sadiqliyinin əyani sübutudur. Biz inanırıq ki, qlobal liderlərlə birgə işləməklə biz əhəmiyyətli dəyişikliklərə təkan verə və hamı üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz böyük həvəslə COP29 çərçivəsində baş tutacaq görüşlərimizi gözləyirik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
17 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)


.jpg)

