Bal yarmarkasında ən çox cökə balı satışa çıxarılıb
Arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış Yarmarkasına fermerlər tərəfindən ən çox cökə balı satışa çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatyda bildirilir ki, Azərbaycanın bütün iqtisadi rayonlarını təmsil edən 275 arıçı tərəfindən satışa ümumilikdə 37 ton cökə balı, 26.3 ton çiçək balı, 13.7 ton meşə balı gətirilib. Çiçək, cökə və meşə balları yarmarka dövründə satışa təqdim olunan ümumi bal məhsullarının 64%-ni təşkil edir.
Bundan başqa, arıçı fermerlər satışa 5.4 ton qaratikan balı, 6.8 ton may balı, 6 ton dağ balı, 2.6 ton biyan balı çıxarıblar. Yarmarkadan, həmçinin çəmən balı, şabalıd balı, akasiya balı, mum, propolis, çiçək tozu, güləm, podmor, propolis cövhəri, arı südü, arıçılıq məhsullarından hazırlanan kosmetik vasitələr əldə etmək olar.
Ümumilikdə yarmarkada 120 tona yaxın arıçılıq məhsulları satışa çıxarılıb. Satışa çıxarılan məhsulların 4 tondan çoxu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşür.
Qeyd edək ki, arıçılıq məhsullarının 24-cü Respublika Sərgi-Satış yarmarkası 29 sentyabr 19:00-dək davam edəcək.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) keçirilən yarmarkanın təşkilatçıları Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



















.jpg)





