Türkiyənin proqram təminatı şirkəti Bakıda keçiriləcək sərgidə iştirak edəcək

Simulyatorların hazırlanması ilə məşğul olan böyük Türkiyənin “Simsoft” şirkəti Bakıda keçiriləcək “ADEX 2024” sərgisində iştirak edəcək.
Bu barədə şirkətin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
“Sizi müdafiə, aviasiya və kosmosa aid simulyasiya oyunları sahəsində innovativ həllərimizi təqdim edəcəyimiz “ADEX 2024” sərgisində "Simsoft" stendini ziyarət etməyə dəvət edirik. Gələcəyin texnologiyalarını araşdırmaq üçün bizə qoşulun”, - paylaşımda bildirilib.
Qeyd edək ki, “ADEX 2024” sentyabrın 24-dən 26-dək Bakıda keçiriləcək.
"Simsoft" 2006-cı ildə simulyasiya sistemləri, hərbi proqram təminatı və oyun tətbiqləri hazırlamaq üçün yaradılmışdır. Simsoft bu günə qədər milli və beynəlxalq səviyyədə mülki və hərbi təşkilatlar tərəfindən istifadə edilən bir çox simulyatorlar istehsal etmiş və müxtəlif sahələrdə hazırlanmış proqram məhsullarını beynəlxalq səviyyədə tanınmış təşkilatlara çatdırmışdır.
Marja.az-ın WhatsApp kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 13 saat əvvəl
-
13 saat əvvəl
FAB Şirkətlər Qrupu Orta Asiya bazarına böyük həcmli ixraca hazırlaşır
-
-
13 saat əvvəl
"FED-in müstəqilliyini itirməsi halında qızılın qiyməti 5000 dollara çata bilər"
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mal-qaranın və keçi-qoyunların sayı ən aşağı həddə düşüb, ölkəyə ət idxalı 17,5 % artıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Qeyri-neft-qaz sektorun vergi daxilolmaları 690,4 milyon manat çox olub
-
14 saat əvvəl
"Rebuild Karabakh 2025"də sahibkarlar üçün ödənişsiz stend təklif olunur
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər

“OBA” marketlər şəbəkəsinin İnsan Resurslarında beynəlxalq standartlara uyğun yeni mərhələ: SAP HR moduluna uğurlu keçid

“Zamex”dən vətəndaş şikayətləri artıb

Azərbaycanda külək turbinləri istehsal oluna bilər - Türkiyə şirkətlərilə görüş keçirilib, Azərbaycana dəvət olunublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

“Azərşin” ləğv oluna bilər

"Maybo" şirkətinin xalis mənfəəti kəskin artıb

Yanğın hadisələri üzrə fermerlərə 29 min manat ödəniş edilib

AZCON-da yeni təyinat olub

Özəl bank dövlət bankının səhmdarları sırasına daxil olub

"Prime Cotton" 30 illik yubileyində pambıqçılar üçün ənənəvi “Açıq Tarla Günü”nü keçirdi

Batareya Saxlanc Sistemləri qurulur - Azərbaycanda deyil, bütövlükdə MDB-də ilk olacaq
