"Bank Respublika"nın vəziyyəti məlum oldu
"Bank Respublika"nın xalis mənfəəti 53 faiz artaraq 39 milyon manatdan çox olub."Bank Respublika" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 39 milyon 273 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 25 milyon 670 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "Bank Respublika"nın xalis mənfəəti 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində 13 milyon 603 min manat və ya 53% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanıb.
FAİZ VƏ QEYRİ-FAİZ GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Bank Respublika"nın faiz gəlirləri 2023-cü ilin 9 ayı ərzində 137 milyon 781 min manat ikən, 2024-cü ilin 9 ayında 172 milyon 618 min manat təşkil edib (34 milyon 837 min manat və ya 25,3% artıb). Bankın qeyri-faiz gəlirləri isə 366 min manat azalaraq 28 milyon 109 min manat olub.
2024-cü ilin 9 ayı ərzində "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 200 milyon 727 min manat, cəmi əməliyyat xərcləri 148 milyon 589 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 52 milyon 138 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 2 milyon 418 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb, 10 milyon 447 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri 166 milyon 256 min manat, cəmi əməliyyat xərcləri 130 milyon 609 min manat, əməliyyat mənfəəti 35 milyon 647 min manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırma 1 milyon 382 min manat, ödənilmiş mənfəət vergisi 8 milyon 595 min manat təşkil etmişdi.
BİZNES KREDİTLƏRİ PORTFELİ KƏSKİN ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Bank Respublika"nın cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 178 milyon 70 min manat və ya 15,2% artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 352 milyon 299 min manat təşkil edib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 44 milyon 577 min manat artaraq 295 milyon 321 min manata, biznes kreditləri portfeli 113 milyon 445 min manat artaraq 914 milyon 825 min manata, ipoteka kreditləri portfeli 20 milyon 287 min manat artaraq 142 milyon 152 min manata yüksəlib.
BANK BÖYÜYÜB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Bank Respublika"nın cəmi aktivləri 21 milyon 813 min manat və ya 1% artaraq 2 milyard 152 milyon 789 min manata çatıb. Cari ilin 9 ayı ərzində Bankda cəmi depozitlər 101 milyon 335 min manat və ya 7% azalaraq 1 milyard 342 milyon 456 manata, o cümlədən fiziki şəxslərin depozitləri 10 milyon 737 min manat azalaraq 649 milyon 867 min manata, hüquqi şəxslərin depozitləri 90 milyon 598 min manat azalaraq 692 milyon 588 min manata geriləyib.
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Bank Respublika"nın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 100 milyon 330 min manat və ya 23,9% artaraq 520 milyon 650 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 sentyabr 2024-cü il tarixində "Bank Respublika" ASC 206 milyon 731 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 165 milyon 910 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
49 d. əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
58 d. əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
1 saat əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
1 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
2 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
İyunun 4-də gözlənilən hava proqnozu açıqlanıb
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Ən çox oxunanlar
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub



















.jpg)


