Bank tanıtım mahnısı reklamlarının səsləndirilməsi üzrə xidmət təminatçısını seçir - TENDER
“RABİTƏBANK” ASC AÇIQ TENDER ELAN EDİR
Tender elanının məqsədi: “Rabitəbank” ASC-yə məxsus Kartmane kartı ilə bağlı tanıtım mahnısı (jingle) reklamlarının 1 dekabr 2024-cü il tarixindən, 31 may 2025-ci il tarixinədək Bravo və Araz marketlər şəbəkəsində səsləndirilməsi üzrə xidmət təminatçısının seçilməsi.
Tenderin şərtləri:
Reklamlar gündəlik 1 saat ərzində 2 dəfə səsləndirilməlidir. Ümumi say marketlərin iş rejiminə əsasən dəyişə bilər.
Reklam spotlarının hər biri maksimum 30 saniyəlik olmalıdır.
Xidmətin göstərilməsi 1 dekabr 2024-cü il tarixindən, 31 may 2025-ci il tarixinədək davam edəcək.
Əlavə şərtlər:
Tenderdə yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq lisenziyaya sahib şirkətlər iştirak edə bilər.
Tenderin elan tarixi: 17.10.2024
Tenderin son tarixi: 25.10.2024, saat 12:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
-İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
-Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
-Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq
-Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
-Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)- Lazım olduğu təqdirdə istək olunacaq
-Tender təklifləri Azərbaycan dilində, imzalanmış və möhürlənmiş halda qapalı zərfdə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir. Zərfin üzərinin möhürlənməsi və aidiyyatı tenderin adının qeyd edilməsi mütləqdir.
-İştirak etməkdə maraqlı olan şirkətlər tenderin tələbləri, şərtləri və digər suallar üçün [email protected] elektron ünvanına və ya +99450 263 73 53 nömrəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
-
18 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 18 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
21 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
22 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 22 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
















.jpg)




