Qlobal bazarlarda diqqətlər FED-in faiz qərarına yönəldi
Qlobal bazarlar ABŞ-da seçki nəticələrini həzm etməyə çalışarkən, diqqətlər FED-in faiz qərarına yönəldi. Bazar gözləntilərinə görə, FED-in faiz dərəcələrini 25 baza bəndi endirməsi gözlənilir.Donald Trampın ABŞ prezident seçkilərində qalib gəldiyi məlum olduqdan sonra, Wall Street indeksləri çərşənbə günü yüksəlişlə başa vurub. S&P 500 +2,53 faiz, Nasdaq 100 isə +2,74 faizlə bağlanıb.
Çərşənbə günü 10 illik ABŞ istiqrazlarının gəlirliyi Trampın maliyyə planları və tarifləri artırmaq təkliflərinin inflyasiyanı yüksəldəcəyi və FED-in borclanma xərclərini azaltma qabiliyyətini azaldacağı ilə bağlı gözləntilər əsasında 16 baza bəndi yüksəlib.
Bloomberg Dollar İndeksi də eyni səbəblərdən günü 1,26% artımla bağlayıb.
ABŞ fyuçers indeksləri yeni ticarət günündə bir qədər müsbət olmağa davam edir.
Asiya fond indekslərinin əksəriyyəti ABŞ indekslərindən sonra yüksəlib. Çin səhmləri aşağı qiymətlə ticarətə açılıb, lakin sonra yüksəlməyə başlayıb. Bazar oyunçuları Pekinin Trampın Ağ Evə qayıtmasının mənfi təsirlərini kompensasiya etmək üçün daxili tələbi artırmağa diqqət yetirəcəyini düşündüyü üçün, istehlak malları və daşınmaz əmlak şirkətlərinin səhmləri bahalaşıb.
Çin səlahiyyətliləri, yuanın gündəlik istinad məzənnəsini 2023-cü ilin sonundan bəri ən aşağı səviyyəyə endirərək, dolların bahalaşmasından sonra belə, valyutanın dəyər itirməsinə icazə verdiklərini nümyiş etdiriblər.
Seçkilərdən sonra diqqətlər ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) faiz qərarına yönəlib. Bu gün axşam Bakı vaxtı ilə saat 23:00-da FED faiz qərarını açıqlayacaq. Saat 23:30-da isə Fed sədrinin mətbuat konfransı başlayacaqdır.
Sorğusunda iştirak edən iqtisadçıların orta gözləntiləri pul siyasəti faiz dərəcəsinin diapazonunu 0,25 bənd azaldaraq 4,50-4,75 faizə endirməkdir.
Qərarda heç bir sürpriz gözlənilmir, lakin investorların həqiqətən bilmək istədikləri, seçilmiş prezident Trampın təklif etdiyi maliyyə siyasətləri və gömrük tariflərinin FED-in faiz dərəcəsi yoluna necə təsir edəcəyidir.
Wall Street iqtisadçıları Trampın həyata keçirəcəyi gözlənilən siyasətlər səbəbiylə FED-in faiz dərəcələrini seçki öncəsi olduğundan daha az endirəcəyini düşünür. JPMorgan Chase & Co. hələ də bugün və gələn ay Fed-dəm 0,25 bəndlik endirimlər proqnozlaşdırır.
Donald Tramp 20 Yanvar 2025-ci il tarixində and içərək vəzifəsinin icrasına başlayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
48 d. əvvəl
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
-
1 saat əvvəl
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
- 1 saat əvvəl
-
1 saat əvvəl
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
-
2 saat əvvəl
"MJ Financial Services" BOKT-ın nizamnamə kapitalı 16 dəfə artırılır
-
2 saat əvvəl
Boliviyada iqtisadi fövqəladə vəziyyət - sosialist iqtisadi siyasətdən uzaqlaşır
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı
Bakı Limanında konteyner aşırılması 100 mini keçdi
Ən çox oxunanlar
Bu il "Şahdağ Turizm Mərkəzi"ni 300 min turist ziyarət edib
Dekabrın 19-da gözlənilən hava şəraiti
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Dənizdə külək enerjisilə bağlı hesabat təqdim olunub
“Bonaqua” Azərbaycanda milli tərəfdaşlıq layihələrini genişləndirir
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə












.jpg)



.jpg)
