Qarabağ Universitetində “Aztech” otağı qurulub və oyun turniri keçirilib
AZTECH şirkəti Qarabağ Universitetinin Dizayn və Tətbiqi Sənət Kafedrasına yüksək qrafik göstəriciləri olan 15 ədəd kompüter dəstini hədiyyə edərək, Universitetdə “AZTECH” otağını təsis etmişdir.
Kompüterlər dizayner, memar, yaradıcılıq işləri ilə məşğul olan, eləcə də kiber idmana həvəsi olan tələbələrin istifadəsi üçün nəzərdə tutulmuşdur.
Tədbirin rəsmi hissəsində universitetin rektoru Şahin Bayramov çıxış edərək, şirkətin rəhbərliyinə bu təşəbbüsə görə Universitet adından öz təşəkkürünü bildirmişdir.


Qürurverici haldır ki, Qarabağda tarixən mövcud olmuş təhsil ənənələrini yaşadan Qarabağ Universitetində tədrisə bu ilin sentyabr ayından başlanılıb. Aztech şirkəti tərəfindən Qarabağda ilk oyun turniri də məhz Xankəndində, Qarabağ Universitetində keçirilib. Universitet tələbələri arasından seçilən 4 güclü komanda arasında “Valorant” və “Counter Strike 2” oyunları üzrə yarış təşkil olunub. Final mərhələsində “Şuşa” komandası qalib oldu, qaliblərə Aztech tərəfindən kubok və medallar, eləcə də hədiyyələr təqdim olunub.



Qeyd edək ki, işğaldan azad olunmuş torpaqlarda bu “AZTECH” şirkətinin sosial məsuliyyətyönümlü ilk layihəsi deyil, bundan öncə də 2023-cü ilin noyabr ayında Laçın 2 saylı orta məktəbə 30 noutbukhədiyyə edilmişdir. Elə həmin ilin dekabr ayında isə Laçında, LaCinema kino mərkəzində Qarabağda ilk texnoloji təqdimat keçirilmiş və məktəblilər üçün "gaming" festival təşkil edilmişdir.
Aztech şirkəti 26 ildir ki, uğurla fəaliyyət göstərərək, kompüter və bank avadanlığı üzrə əsas distribyutorlardan biridir. ASUS, Lenovo, MSI, Entrust, Thales kimi şirkətlərin rəsmi tərəfdaşıdır.
Daha ətraflı məlumat üçün: https://aztechshop.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur















.jpg)



.jpg)
