Holcim tərəfindən təşkil olunan "Usta Mənəm!" müsabiqəsinin Qrand Finalı baş tutdu
Changan Hunter 4X4 PickUp avtomobili uğrunda mübarizə aparılıb. Qalib Sahib Nuriyev olub. İkinci və üçüncü yerləri isə Etibar Qaradayev və Nemət Hüseyn tutaraq qiymətli hədiyyələr qazanıblar.(®) Holcim şirkəti tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdindəki Peşə Təhsil Mərkəzinin dəstəyi ilə təşkil olunan "Usta Mənəm!" müsabiqəsinin Qrand Finalı Bakıda, ölkəmizin ən böyük beynəlxalq tədbirlərinə ev sahibliyi edən Bakı Ekspo Mərkəzində uğurla baş tutdu.
Finalda 28 peşəkar usta öz bacarıqlarını nümayiş etdirərək əsas mükafat — Changan Hunter 4X4 PickUp avtomobili uğrunda mübarizə aparıblar. Qalib Bakı şəhərindən Sahib Nuriyev olub.
İkinci və üçüncü yerləri isə Etibar Qaradayev və Nemət Hüseyn tutaraq qiymətli hədiyyələr qazanıblar.
Digər final iştirakçılarına isə xatirə hədiyyələri təqdim edilib.
Müsabiqə haqqında
Müsabiqə 7 ay davam etdi və ölkənin bütün bölgələrini əhatə etdi. İştirak üçün 1000-dən çox usta qeydiyyatdan keçdi, onlardan 320 nəfəri seçim turlarına vəsiqə qazandı, 28 nəfər isə final mərhələsinə yüksəldi. Təşkilatçılar ölkə üzrə seçim mərhələləri keçirərək istedadlı iştirakçılarla tanış oldular və onların peşəkarlığını qiymətləndirdilər.
Finalda iştirakçılar kərpic divarların tikintisi üzrə tapşırıqları yerinə yetirərək öz peşəkar bacarıqlarını nümayiş etdirdilər. İşlər sürət, peşəkarlıq, dəqiqlik və detallara diqqət kimi meyarlar əsasında qiymətləndirildi.
"Usta Mənəm!" müsabiqəsi tikinti sahəsində istedadlı mütəxəssislərin üzə çıxarılması və peşəkar bacarıqların inkişafı üçün mühüm platformaya çevrildi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)


