BƏƏ transmilli korporasiyalar üçün 15% vergi tətbiq edəcək
Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, bu, illik gəliri 750 milyon avrodan çox olan şirkətlərə şamil ediləcək.Birləşmiş Ərəb Əmirlikləri ölkədə fəaliyyət göstərən iri transmilli şirkətlər üçün 15%-lik Daxili Minimum Əlavə Vergi (Domestic Minimum Top-up Tax, DMTT) tətbiq edəcək.
Marja.az-ın məlumatına görə, BƏƏ Maliyyə Nazirliyi bildirib ki, yeni qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Korporasiyalar vergisi qanununa edilən dəyişikliklərə əsasən, DMTT konsolidasiya edilmiş illik gəliri 750 milyon avrodan çox olan müəssisələrə tətbiq ediləcək.
BƏƏ, vergilərin olmaması da daxil olmaqla, əlverişli biznes mühiti ilə Yaxın Şərq regionunda beynəlxalq korporasiyalar üçün mühüm mərkəzdir. Lakin ötən il hökumət illik mənfəəti 375 min dirhəmdən (102 min dollar) çox olan şirkətlər üçün 9% korporativ vergi tətbiq edib. Eyni zamanda, bu vergi əksər beynəlxalq şirkətlərin qeydiyyatdan keçdiyi bir çox azad iqtisadi zonalara təsir etməyib.
Ölkənin Maliyyə Nazirliyi 2026-cı ildən tətbiq oluna biləcək tədqiqat və inkişaf (R&D) üçün stimullar da daxil olmaqla bir sıra korporativ vergi güzəştlərinin tətbiqini nəzərdən keçirir. Tədqiqat və inkişafa sərmayə qoyan şirkətlər 30-50% vergi güzəşti əldə etməklə yanaşı, vergi ödəmələrinin bir hissəsini də geri qaytara biləcəklər.
Yeni vergi qaydaları faktiki olaraq BƏƏ-nin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2021-ci ildə başlayan qlobal anti-ofşor təşəbbüsünə qoşulması deməkdir. Bu günə qədər OECD tərəfindən təqdim olunan qlobal vergi islahatı 136 ölkə tərəfindən dəstəklənib.
Birincisi, yüksək və aşağı vergili ölkələr arasında rəqabəti məhdudlaşdırmaq üçün minimum 15% korporativ gəlir vergisinin tətbiqini nəzərdə tutulur. İkincisi, transmilli korporasiyalar üçün verginin müəyyən edilməsidir ki, bu vergi həmin şirkətlərin qeydiyyata alındığı ölkələrdə deyil, onların əməliyyat aparıb gəlir əldə etdikləri yerlərdə ödənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
30 d. əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
54 d. əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
1 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 2 saat əvvəl
-
2 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 2 saat əvvəl
-
3 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
Ən çox oxunanlar
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib












.jpg)







