"Teleradio" İstehsalat Birliyi ötən ili mənfəətlə başa vurub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Radio-Televiziya Yayımı və Peyk Rabitəsi" ("Teleradio") İstehsalat Birliyi 2023-cü ili 163 min manat xalis mənfəət başa vurub. Halbuki, qurum 2022-ci ildən 959 min manat xalis zərərlə çıxmışdı.
Ötən il "Teleradio" İstehsalat Birliyinin gəlirləri 11,188 milyon manat (əvvəlki ilə nisbətən 3,95 % çox), ümumi və inzibati xərcləri 3,834 milyon manat (24,2 % az), əməliyyat xərcləri 5,956 milyon manat (13,7 % çox), köhnəlmə və amortizasiya xərcləri 1,655 milyon manat (8,2 % az), maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərinin qaytarılmasından gəlirləri 773 min manat (3,7 dəfə çox), köhnəlmiş və istifadəsi az olan mal-materiallar üzrə ehtiyatlara ayırmaları 231 min manat (12,2 dəfə çox), bina və avadanlıqların silinməsi üzrə zərəri 22 min manat (70 % az), xarici valyuta gəlirləri 5 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 106 min manat (əvvəlki ilə qənaət edib) təşkil edib.
Bu il yanvarın 1-nə "Teleradio" İstehsalat Birliyinin aktivləri 36,606 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 85,2 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 34,4 dəfə artaraq 17,171 milyon manata, balans kapitalı isə 0,85 % artaraq 19,435 milyon manata çatıb.
Xatırladaq ki, "Teleradio" İstehsalat Birliyi 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,359 milyon manatdır. Qurum radio-televiziyanın yerüstü yayımını, radio rabitəsini (radio-rele xətt şəbəkəsinin istismarını), radio-televiziya proqramlarının peykdən yayımını və s. xidmətləri təmin edən dövlət müəssisəsidir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 9 d. əvvəl
- 41 d. əvvəl
- 48 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 2 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SİMA həlləri WUF13-də təqdim edildi
Azərbaycan neftinin son qiyməti
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Ən çox oxunanlar
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı






.jpg)








.jpg)





