Amerikalıların sərvəti rekord həddə çatıb
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin üçüncü rübündə fond bazarındakı yüksəlişlə rekord həddə - 168,8 trilyon dollara çatıb.ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul-sentyabr ayları üzrə “ABŞ-ın Maliyyə Hesabları” hesabatını dərc edib.
Marja hesabata istinadən xəbər verir ki, bu ilin üçüncü rübündə ölkədəki ev təsərrüfatlarının xalis sərvəti 168,8 trilyon dollar olaraq qeydə alınıb.
Bu dövrdə rekord səviyyəyə çatan ailələrin sərvəti əvvəlki rüblə müqayisədə 2,9 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 11,4 faiz artıb.
ABŞ-da ev təsərrüfatlarının xalis sərvəti bu ilin birinci rübündə 161,2 trilyon dollar, ikinci rübdə isə 164 trilyon dollar olaraq hesablanıb.
İlin üçüncü rübündə amerikalıların səhm aktivlərinin dəyəri 2,8 trilyon dollar artıb, daşınmaz əmlaklarının dəyəri isə 200 milyard dollar azalıb.
Amerikanın ev təsərrüfatlarının borcu üçüncü rübdə 3 faiz artıb. Sözügedən dövrdə istehlak kreditləri 2,5 faiz, ipoteka (mənzil krediti) borcu isə 3,1 faiz artıb.
Qeyd edək ki, xalis sərvət - ümumi sərvətin məbləğindən (aktivlərdən) ümumi borcun məbləğini çıxmaqla əldə edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 14 d. əvvəl
- 18 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub











.jpg)








