2024-cü ilin son altı ayında “Qadın Dəstək Xətti”nə 600-ə yaxın müraciət daxil olub
Azercell-in təşəbbüsü ilə yaradılan xidmət çətin həyat şəraitində olan qadınlara dəstək olur(®) 2024-cü ilin iyun-noyabr ayları ərzində “Qadın Dəstək Xətti”nə ümumilikdə 586 müraciət daxil olub.
Onların 256-sı hüquqi dəstək, 191-i nikahın pozulması, 59-u məişət zorakılığı, 46-sı sosial-maddi rifah, 21-i sığınacaq axtarışı, 13-ü isə səhiyyə hüquqlarının təmin olunması ilə əlaqədar olub.
Qeyd edək ki, bütün müraciətlər məzmununa uyğun olaraq müvafiq qurumlara yönləndirilir, ehtiyac olduqda qadınlara hüquqi məsləhətlər verilir və ilkin psixoloji dəstək göstərilir. Zəruri hallarda müraciət edən şəxslərlə görüşlər keçirilir, qadınlara sığınacağa yerləşdirmə və mühafizə orderinin alınması ilə bağlı dəstək verilir. Xidmətə müraciət edən qadınların məlumatlarının gizliliyi təmin edilir və bilgilər yalnız onların razılığı ilə aidiyyəti qurumlarla paylaşılır.
Azercell-in təşəbbüsü və dəstəyi ilə yaradılan, “Ümidli Gələcək” İctimai Birliyi tərəfindən idarə edilən “Qadın Dəstək Xətti” çətin həyat şəraitində olan qadınlara yardım etmək məqsədi daşıyır. Xidmətin daha əlçatan olması üçün “Qadın Dəstək Xətti”nin peşəkar işçi heyəti 24 saat fəaliyyət göstərən 116111 qısa nömrəsi, Facebook və Instagram səhifələri vasitəsilə xidmət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
6 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur
















.jpg)


.jpg)



