Azərbaycanda yeni hibrid krossover Haval Jolion Pro-nun satışına start verildi - QİYMƏTİ
(®) 2024-cü il dekabrın əvvəli qabaqcıl texnologiyalara və sərfəli qiymətə malik hibrid krossover yeni Haval Jolion Pro Azərbaycanın avtomobil bazarına daxil olub.
Birdəfəlik ödənişlə avtomobilin qiyməti cəmi 40 900 AZN təşkil edir ki, bu da onu ölkənin bütün rəsmi dilerləri arasında hibrid SUV seqmentində ən sərfəli təkliflərdən birinə çevirir.
Texniki spesifikasiyaları
Haval Jolion Pro, aşağıdakıları daxil edən hibrid güc aqreqatı ilə təchiz edilmişdir:
- 1,5 litrlik atmosferli mühərrik (daxili yanma mühərrik (DYM)) + elektrik batareya,
- Ümumi güc: 190 at gücü və 375 Nm fırlanma anı.
Avtomobilin əsas özəlliyi hibrid modellər üçün xüsusi olaraq hazırlanmış DHT pilləsiz transmissiyadır. Bu texnologiya üç hərəkət rejimi - elektrik, hibrid və DYM rejimi arasında avtomatik keçid etməyə imkan verir.
- Qənaətli yanacaq sərfiyyatı: 100 km-ə cəmi 5.1 litr.
- Yanacaq: AI-92 və daha yüksək oktanlı benzin.
Krossover yüngül dizaynı, möhkəmliyi və təkmilləşdirilmiş təhlükəsizliyi özündə birləşdirən innovativ L.E.M.O.N platforması üzərində qurulub. Bunun sayəsində Haval Jolion Pro tanınmış ANCAP proqramında qəza testlərində 5 ulduz alıb.

Dizayn və interyer
Yeni Haval Jolion Pro-nun xarici görünüşü gənc auditoriyaya yönəlmiş müasir idman üslubunda hazırlanmışdır.
- Tək qaş üslubunda yenilənmiş işıq optikası və arxa fənərlər,
- Yeni dizaynlı spoyler və radiator barmaqlığı,
- Avtomobilin dinamik görünüşünü vurğulayan elementlər.
Avtomobilin salonu sürücünün rahatlığına önəm verilməklə hazırlanıb. Alətlər paneli sürücüyə doğru əyilmişdir və aşağıdakılarla təchiz edilmişdir:
- Avtomatik parklanma və parkinqdən çıxma,
- Böyük diaqonal monitorlar,
- Qızdırılan sükan və ön şüşə
- Oturacaqların qızdırılması və havalandırılması.
- Ön şüşəyə verilənlərin virtual proyeksiyası ilə HUD displey,
- Müasir hərəkət detektoru və kamera sistemləri.



Sərfəli kredit şərtləri
“Azerbaijan Automobiles” QSC-nin rəsmi dileri avtomobilin alışı üçün sərfəli şərtlər təklif edir:
- Minimum ilkin ödəniş: avtomobilin dəyərinin 10%-dən başlayaraq,
- Maksimum kredit/lizinq müddəti: 60 aya qədər (5 il).
Zəmanət
Rəsmi diler tərəfindən Azərbaycana gətirilən hibrid krossoverlər üçün 8 il (və ya 160.000 km) zəmanət verilir.

Sınaq yürüşü üçün qeydiyyat və əlaqə mılumatları
Haval avtosalonu aşağıdakı ünvanda yerləşir:
-Babək prospekti, 282
-Telefon: *7999, +994 55 678 24 24
-WhatsApp: +994 55 678 24 24
Rəsmi veb sayt: haval.az
Sınaq yürüşü üçün qeydiyyat: haval.az/az/home/testdrive
Haval Jolion Pro Azərbaycan yollarında rahat hərəkət üçün müasir texnologiyaların, yüksək təhlükəsizlik səviyyəsinin və sərfəli qiymətin məcmusudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 8 saat əvvəl
- 1 gün əvvəl
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
2 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
2 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti























