Epoint-da Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə
(®) Epoint platformasında bizneslər üçün yeni imkanlar təqdim edilir! Epoint-a qoşulan sahibkarlar və hüquqi şəxslər, ödənişləri kart ödənişlərindən əlavə, M10, Portmanat, Epul elektron pulqabıları və Birbank mobil tətbiqi vasitəsilə vahid bir platformada qəbul edə biləcəklər.
Bu yenilik müştərilərimiz üçün əlavə rahatlıq yaradaraq, ödəniş prosesini daha əlçatan edir.
Elektron Pulqabı ilə Ödənişlərin Üstünlükləri
- Rahatlıq və əlçatanlıq:
Elektron pulqabılar müştərilərinizə ödənişləri istənilən yerdən və istənilən vaxt tez və rahat həyata keçirmək imkanı təqdim edir. Bu texnologiya, xüsusən mobil cihazlar vasitəsilə alış-veriş edənlər üçün böyük üstünlükdür, müştərilərin gözləntilərinə tam cavab verir.
- Ehtiyat ödəniş vasitəsi:
Digər ödəniş üsulları əlçatan olmadıqda, elektron pulqabılar müasir və təhlükəsiz alternativ kimi çıxış edir. Bu, müştərilər üçün daha çox seçim imkanı yaradır və bizneslərin müştəri məmnuniyyətini artırmasına kömək edir.
- Təhlükəsizlik və məlumatların qorunması:
Epoint platformasında elektron pulqabılar vasitəsilə həyata keçirilən bütün ödənişlər qabaqcıl şifrələmə texnologiyaları ilə qorunur. Bu, müştərilərinizin maliyyə məlumatlarının təhlükəsizliyini təmin etməklə yanaşı, onlara inam yaradır və ödəniş prosesini daha etibarlı edir.
- Texnoloji çeviklik:
Epoint platforması müxtəlif elektron pulqabıları dəstəkləyir və bu, bizneslərin dəyişən müştəri ehtiyaclarına tez uyğunlaşmasını təmin edir. Elektron pulqabılar həm də ödəniş proseslərini daha müasir və praktiki edir.
- Əməliyyat xərclərinin azalması:
Epoint olaraq, biz bizneslərə hər zaman müştərilərinin tələblərinə cavab verən ən müasir həllər təqdim etməyə çalışırıq. Elektron pulqabı vasitəsilə ödənişlərin qəbul edilməsi bu strategiyanın bir hissəsidir. Elektron pulqabılar daha az komissiya ilə ödənişləri emal etməyə imkan verir, bu da biznes üçün iqtisadi fayda yaradır. Artıq bizneslər daha çox müştəri cəlb edə, dövriyyələrini artıra və müştərilərinə daha yaxşı xidmət göstərə bilərlər.
"Epoint hər zaman innovativ həllər təqdim etməyi hədəfləyir. Bizim məqsədimiz, bazarda olan bütün ödəniş üsullarını vahid bir platformada mərkəzləşdirib müştərilərimizə rahat qoşulmanı təmin etməkdir. Biz ölkədə ilk dəfə olaraq omnikanal ödənişlərinin tətbiqini bazara təklif edirik. Bu müştərilərimizin həm xərclərini azaltmaq, həm sürətli və keyfiyyətli xidmət almaq, həm də banklardan birbaşa asılığı azaldaraq, müstəqil xidmətlərdən istifadə etmək imkanları yaradır. Elektron pulqabı ödənişlərinin Epoint platformasına inteqrasiyası müştərilərimizin istəklərini nəzərə alaraq həyata keçirilmiş bir addımdır. Bu yenilik, xüsusilə sürətli və alternativ ödəniş üsullarına ehtiyac duyan müştərilər üçün ideal həll yoludur. Biz müştərilərimizin ödəniş prosesini rahat, sürətli və təhlükəsiz etməyi davam etdirəcəyik," — Epoint Inc. şirkətinin təsisçisi və direktoru Zeynal Kərimzadə bildirdi.
Daha çox məlumat üçün:
Veb-sayt: epoint.az
Telefon: +99470 242 99 66
E-poçt: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 3 saat əvvəl
-
3 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
3 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 4 saat əvvəl
-
5 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
5 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
5 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma






.jpg)
















.jpg)

