Azərbaycanın aparıcı oyun şirkəti Polşada ofisini açdı - TƏYİNAT
Azərbaycanın aparıcı oyun şirkətlərindən olan "Gamepons" əhəmiyyətli bir addım ataraq Polşada yeni ofisini açıb. Bu addım şirkətin beynəlxalq bazarlara açılma strategiyasının mühüm bir mərhələsi hesab olunur.
Şirkətdən Marja.az-a verilən məlumata görə, Polşadakı ofisi koordinasiya edəcək şəxs kimi təcrübəli oyun developeri Fuad Şahmuradov təyin edilib. Onun portfelinə "Parallel Destiny" adlı mükafat qazanan 2D platform oyunu, "Mr. Mat Hematic" və digər oyun proyektləri daxildir.
Qeyd edilib ki, "Gamepons"-un Polşa ofisinin açılması şirkətin uzunmüddətli inkişaf strategiyasının təməl daşlarından biridir. Bu strateji addımın əsas hədəfləri Azərbaycan oyun sənayesinin Avropa bazarında layiqli təmsil olunmasını təmin etməkdir. Şirkət Avropa bazarında möhkəmlənərək yerli oyun sənayesinin qlobal miqyasda tanınmasına və inkişafına töhfə vermək niyyətindədir.
"Beynəlxalq investorların yerli ekosistemə marağının artırılması da əsas prioritetlərdən biridir. Bu məqsədlə şirkət Polşa ofisi vasitəsilə Avropa investorları ilə sıx əməkdaşlıq quracaq və Azərbaycan oyun sənayesinin investisiya potensialını nümayiş etdirəcək. Bu əməkdaşlıq nəticəsində yerli oyun developerlərinin beynəlxalq təcrübə qazanması və yeni texnologiyalara çıxış əldə etməsi gözlənilir", - məlumatda deyilir.
"Gamepons" şirkətinin Polşa bazarı ilə əməkdaşlığı yeni ofis açılışından əvvəl başlamışdır. Şirkət 2024-cü ildən Polşanın aparıcı oyun şirkətləri ilə mütəmadi əlaqələr qurmuşdur. 8-10 aprel 2024-cü il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Gamepons şirkətinin təşkilatçılığı ilə “Gamepons Compass” oyun inkubasiyası proqramı komandaları ilə birgə Polşaya ilk rəsmi səfər təşkil olundu. Səfər çərçivəsində Polşanın aparıcı oyun tərtibatı şirkətləri ilə bir sıra mühüm görüşlər keçirilib. Xüsusilə, "CD Projekt RED"-in kampusuna edilən ziyarət və "Futuregames" komandası ilə aparılan danışıqlar zamanı potensial əməkdaşlıq imkanları və Azərbaycanın oyun inkişaf sektoruna edilə biləcək töhvələr geniş müzakirə olunub.
Səfərin davamı olaraq, 9 Aprel 2024-cü il tarixində “Gamepons” şirkəti Polşanın Katoviçe şəhərində yerləşən "Katowickie Inwestycje S.A." ilə əhəmiyyətli bir görüş keçirib. Bu şirkət Katoviçe bələdiyyəsi ilə birgə işləyərək, şəhərin gələcəkdə oyun mərkəzinə çevirilməsi istiqamətində Avropa İttifaqı ilə əməkdaşlıq edir. Görüş zamanı Katoviçe şəhərinin Şərqi Avropanın oyun sənayesi mərkəzi kimi inkişaf etdirilməsi potensialı və qarşılıqlı əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.
Uğurlu başlanğıcın ardından 10 may 2024-cü il tarixində Gamepons nümayəndə heyəti "CD Projekt Red"-in Varşava ofisinə ikinci səfərini reallaşdırıb. Səfərdə Gamepons şirkətinin direktoru Vüsal Kərimli ilə yanaşı “Caucasus Ventures”-in GP-si Məmməd Kərim və ölkənin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin üzvləri də iştirak edib. Nümayəndə heyəti "CD Projekt Red"-in oyun inkişafı prosesi, Polşadakı oyun ekosistemi, yeni kadrların yetişdirilməsi və təhsil sisteminin siyasətinin qurulması kimi mövzularda ətraflı məlumatlar əldə edib.
"Bütün bu addımlar Azərbaycan oyun sənayesinin beynəlxalq arenada mövqelərinin gücləndirilməsi istiqamətində atılmış əhəmiyyətli təşəbbüslərdir. Polşa ofisinin açılması və aparılan danışıqlar "Gamepons" şirkətinin yerli oyun sənayesinin inkişafına töhfə verməklə yanaşı, Azərbaycan-Avropa əməkdaşlığının gücləndirilməsinə də xidmət edəcək. Bu cür beynəlxalq əlaqələr və təcrübə mübadiləsi Azərbaycanın oyun sənayesinin qlobal bazarda daha güclü mövqe qazanmasına və yerli developerlər üçün yeni imkanların yaranmasına zəmin yaradacaq", -məlumatda vurğulanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
17 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















