OMİD şeir müsabiqəsinin qaliblərini mükafatlandırdı
(®) Azərbaycanda inşaat məhsulları üzrə ən böyük satış şəbəkəsi kimi tanınan OMİD Mağazalar Şəbəkəsi şeir müsabiqəsinin qaliblərini mükafatlandırdı. 21.11.2024-cü il tarixində start verilən müsabiqə poeziya həvəskarlarını bir araya gətirdi.
600-ə yaxın peşəkar və həvəskar şair müsabiqədə iştirak etdi. Şeirlər peşəkar münsiflər heyəti, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycanın əməkdar jurnalisti Qulu Ağsəs, xalq artisti Mübariz Tağıyev tərəfindən dəyərləndirildi. Münsiflərin diqqətli qiymətləndirməsindən sonra müsabiqənin qalibləri elan olundu.
11.01.2025-ci il tarixində şeir müsabiqəsinin mükafatlandırma mərasimi keçirildi. Tədbirdən əvvəl qaliblər FAB şirkətlər Qrupunun istehsal müəssisələri ilə tanış edildilər, istehsalat prosesini izlədilər. Daha sonra FAB Akademiyasının konfrans zalında mükafatların təqdimetmə mərasiminə başlanıldı. Mərasimdə şirkətimizin təsisçilərindən Anar Əliyev OMİD Mağazalar Şəbəkəsinin baş direktoru Burhan Səvahil, FAB boyalarının istehsalat müdiri Elşad Abdullayev, marketinq departamentinin rəhbəri Rüstəm Məmmədov və digər rəhbər şəxslər, qonaqlar iştirak etdilər. Beləliklə,
I yerin sahibi Rüstəmova Gülnara 1000 AZN
II yerin sahibi Vasif Şükürə 800 AZN
III yerin Gülümova Qızbəstiyə (Bəsti Məmməd) 600 AZN pul mükafatı və sertifikat təqdim olundu. Həvəsləndirici yerə layiq görülmüş 30 iştirakçı sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırıldı.
Qeyd edək ki, OMİD Mağazalar Şəbəkəsi 30 ildən çoxdur ki, keyfiyyətli məhsul, sərfəli təklif, uyğun qiymət anlayışı ilə müştəriyönümlü xidmətini günbəgün inkişaf etdirməkdədir. Şirkət bu cür korporativ məsuliyyət layihələri ilə ədəbiyyata, incəsənətə dəstək olaraq cəmiyyətə töhfə verir. OMİD Mağazalar Şəbəkəsi olaraq qalibləri təbrik edir, müsabiqə iştirakçılarına təşəkkürümüzü bildiririk. Gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
13 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
13 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
13 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
15 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 15 saat əvvəl
-
15 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





