Şirkətlər qrupundan Kənd Təsərrüfatı Nazirliyinə transfer - YENİ TƏYİNAT
"GP Cotton" Şirkətlər qrupunda baş audit inzibatçısı Bəhruz Əzizi Kənd Təsərrüfatı Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyin olunub.Kənd Təsərrüfatı Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Bəhruz Əzizi şöbə müdiri vəzifəsinə təyin edilib.
Bu barədə Marja.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Qeyd edilib ki, Bəhruz Əzizi daxili audit, nəzarət, risklərin qiymətləndirilməsi sahəsində 10 ildən artıq, kənd təsərrüfatı sektorunda isə 5 ildən yuxarı təcrübəyə malik peşəkar rəhbərdir. Bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə alıb, o cümlədən Xəzər Universitetinin Maliyyə Menecmenti üzrə MBA, ICFM Beynəlxaq Peşəkar Daxili Audit diplomunu əldə edib.
Bəhruz Əzizi “Embawood”, “ANC Group”, “PMD Group”da daxili aduit üzrə müxtəlif vəzifələrdə çalışıb. Karyerasını “Agro Food İnvestments” qrupda Daxili audit departamentinin müdiri, Audit Komitəsinin sədri vəzifəsində davam etdirən Bəhruz Əzizi “Milla”, “Pepsi Botlers”, “Azərşəkər” kimi iri şirkətlərdə Audit Komitəsinin üzvü olaraq fəaliyyət göstərib. Son iş yeri "GP Cotton" Şirkətlər qrupunda baş audit inzibatçısı olub.
İngilis dilini bilir. Ailəlidir, 1 övladı var.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




























