SOCAR-ın yeni “Yaşıl” istiqrazlarına abunə yazılışı başladı
Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları təşkil edən istiqrazları əldə etmək üçün son tarix cari il fevralın 28-dir.2024-cü il 15 yanvar tarixindən etibarən SOCAR-ın bərpaolunan enerji layihələrini dəstəkləmək məqsədilə buraxdığı yeni “Yaşıl” istiqrazlarına abunə yazılışı başlayıb.
“SOCAR Capital” şirkətinin yaydığı məlumatda bildirilir ki, nominal dəyəri 1000 ABŞ dolları olan SOCAR istiqrazları sahiblərinə 6% illik gəlir qazandıracaq.
İstiqrazlar 5 illik müddətə buraxılır və kupon ödənişləri hər 3 aydan bir ödəniləcək. Ümumi buraxılış məbləği 200 milyon ABŞ dolları təşkil edən istiqrazları əldə etmək üçün son tarix cari il fevralın 28-dir.
“Yaşıl” istiqrazlardan əldə olunan vəsait ölkəmiz üçün prioritet əhəmiyyətə malik “yaşıl” enerji layihə və investisiyalarına sərf ediləcək. Belə ki, SOCAR “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxdığı bu istiqrazları ilə vətəndaşlara etibarlı və davamlı gəlir imkanı qazandırmaqla yanaşı, ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafını dəstəkləmək niyyətindədir.
Eyni zamanda, Azərbaycanın “yaşıl” enerji sahəsindəki təşəbbüslərinə töhfə vermək yeni emissiyanın başlıca məqsədlərindən biridir.
“PAŞA Kapital” İnvestisiya Şirkətinin anderrayteri olduğu SOCAR-ın "Yaşıl” istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR istiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur


















.jpg)



