Tramp Milli Enerji Fövqəladə Vəziyyəti elan edib - BAYDENİN FƏRMANLARINI LƏĞV ETDİ
ABŞ-da daha çox neft və qaz yataqlarının qazılmasına icazə veriləcək. Ölkə neft və qaz hasilatını və ixracını artırmağı hədəfləyir.ABŞ Prezidenti Donald Tramp enerji layihələri (əsasən neft və qaz) üçün icazə tələblərini asanlaşdıracaq və elektrik enerjisi stansiyalarının tikintisini sürətləndirəcək Milli Enerji Fövqəladə Halının elan edilməsi haqqında fərmanı imzalayıb.
Marja xəbər verir ki, Ağ Evin dərc etdiyi fərmanda ABŞ-ın enerji istehsalı, nəqli, emalı və istehsalının kifayət qədər olmamasının ölkə iqtisadiyyatı, milli təhlükəsizlik və xarici siyasət üçün “fövqəladə” təhlükə yaratdığı vurğulanıb. Bu səbəbdən Milli Enerji Fövqəladə Vəziyyətinin elan edildiyi bildirilib.
Alyaskanın təbii sərvət potensialının üzə çıxarılmasını nəzərdə tutan fərmanı da imzalayan Tramp, ABŞ-ın keçmiş prezidenti Co Baydenin imzaladığı və qüvvəyə minmiş ABŞ ərazi sularının böyük bir hissəsində neft və təbii qaz yataqlarının qazılmasını qadağan edən fərmanı ləğv edib.
Həmçinin Tramp, Bayden administrasiyasının bütün yeni avtomobil satışlarının yarısının 2030-cu ilə qədər sıfır emissiyalı avtomobillər olmasını və 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmağı hədəfləyən fərmanlarını da ləğv edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 22 d. əvvəl
-
- 41 d. əvvəl
-
45 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yerli və xarici vətəndaşlar İrandan Azərbaycan sərhədi ilə təxliyə edilir - 1161 NƏFƏR ÖLKƏMİZƏ KEÇİB
Azərbaycan neftinin son qiyməti
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları!
SEPAH: İran Hörmüz boğazına tam nəzarət edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb



























