"MÜSİAD Azərbaycan” və "Rabitəbank" İslam Bankçılığı istiqamətində əməkdaşlıq memorandumu imzalayıb
MÜSİAD Azərbaycan və Rabitəbank rəhbərliyi birgə əməkdaşlıq çərçivəsində memorandum (MOU) imzalayıb.
"Rabitəbank"ın yaydığı məlumatda bildirilir ki, görüşdə MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli və idarə heyəti, MÜSİAD Azərbaycanın üzvləri, Rabitəbankın rəhbərliyi, o cümlədən, Müşahidə Şurasının sədri Zakir Nuriyev və İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin iştirak edib.
Tədbirin açılışında MÜSİAD Azərbaycanın sədri Rəşad Cabirli, Rabitəbankla olan əməkdaşlığın genişləndirilməsi niyyətini vurğulayaraq, gələcəkdə daha çox əməkdaşlıqlara birgə imza atacaqlarına inandıqlarını qeyd edib.
Rabitəbankın Müşahidə Şurasının sədri Zakir Nuriyev çıxışı zamanı İslam bankçılığı fəaliyyəti və inkişafından danışaraq, xarici investisiyaların cəlb olunması ilə bağlı ölkədə sahibkarlığın inkişafının artırılmasına diqqət çəkib. O, “İslam Bankçılığı üzrə xarici investisiyaların cəlb olunması, sahibkarlığın inkişafının artırılması ehtiyaclarını qarşılamaq çox vacibdir,” - deyə bildirib.
Rabitəbankın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin çıxışı zamanı , Rabitəbankın 32 ildən çoxdur müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təqdim etdiyini bildirib. O, qeyd edib ki, bu gün ölkədə ilk dəfə olaraq qlobal miqyasda geniş yayılan İslam Bankçılığının təməlləri qoyulub. Bu prosesdə İslam İnkişaf Bankı (IDB) və Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) kimi qurumlardan lazım olan rəsmi icazələr alınıb. Bank bu maliyyə alətlərini müştərilərinə təqdim etməyə davam edəcək.
Tədbirin əsas məqsədi İslam Bankçılığının Azərbaycanın maliyyə sektorunda tətbiqinin genişləndirilməsi, MÜSİAD Azərbaycanın üzvlərinin maliyyə imkanlarını artırmaq və İslam maliyyəsinin ölkədən kənarda daha geniş əhatə olunmasına təkan vermək olub.
İslam Bankçılığının Azərbaycanda inkişafı, sahibkarların yeni maliyyə həllərinə çıxışı, Rabitəbankın hədəfləri və işlərə şəffaf yanaşması geniş işıqlandırılan tədbirin yekununda bütün iştirakçılara təşəkkür edilib
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
2 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
2 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
2 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
4 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























