İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyədə görüşlər keçirib
İqtisadiyyat nazirinin Türkiyəyə səfəri çərçivəsində keçirilən görüşlərdə iqtisadi əməkdaşlığın prioritet istiqamətləri, bir sıra sahələr üzrə tərəfdaşlığın gücləndirilməsi imkanları müzakirə edilib.Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin ticarət naziri Ömər Bolatla görüşüb.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə hər iki ölkənin dövlət başçılarının səyləri və qardaşlıq münasibətləri sayəsində iqtisadi əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdiyi vurğulanıb. Türkiyənin Azərbaycanın ikinci əsas ticarət və ixrac tərəfdaşı olduğu, Preferensial Ticarət Sazişi çərçivəsində güzəşt tətbiq edilən məhsulların sayının artırılmasının ticarət əlaqələrinin artımını təşviq etdiyi diqqətə çatdırılıb. Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki sənaye parklarında yaradılan əlverişli biznes mühitindən yararlanmağa dəvət olunub.
Tərəflər Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması, KOB və biznes vahidləri arasında əlaqələrin fəal dəstəklənməsi və investisiyaların təşviqi üzrə ortaq hədəflərə çatmaq üçün mövcud imkanları müzakirə ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyəyə səfəri çərçivəsində bu ölkənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla görüşüb. Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın genişləndiyi və ölkələrimizin xüsusilə enerji sahəsində bir çox mühüm layihələr həyata keçirdiyi vurğulanıb. Enerji sahəsində işbirliyinin təkcə iki ölkənin iqtisadiyyatına deyil, regiona, xüsusilə də Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi qeyd edilib.
Ölkəmizdə yaşıl enerji sahəsində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Bərpaolunan enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, yaşıl investisiyaların artırılması və işbirliyi potensialının reallaşdırılması barədə müzakirələr aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
42 d. əvvəl
Aşağı büdcəli aviaşirkət Daşkənddən Bakı və Gəncəyə uçuşlara başlayıb
-
- 45 d. əvvəl
-
54 d. əvvəl
İlham Əliyev “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edib
-
57 d. əvvəl
ABŞ Dövlət katibinin iqtisadi məsələləri üzrə köməkçisi Azərbaycanda səfərdədir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ
Gömrük bağlamalarını bəyan etməyin ən rahat yolu: "SİMA İmza"
Neft 2 faizdən çox bahalaşıb
Ən çox oxunanlar
Qlobal bazarlar Trampın qərarını gözləyir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 12 GÜN
“Merkuri BOKT” yığılmış zərərdən xilas olub
“NEO BOKT” 2025-ci ili zərərlə başa vurub, aktivlər kəskin azalıb
“AzKredit”in mənfəəti 23% azalıb, kredit portfeli isə 20% böyüyüb
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir



















.jpg)



