ABŞ-də 64 nəfəri daşıyan sərnişin təyyarəsi helikopter ilə toqquşub - VİDEO
09:20 - ABŞ mediası: Vaşinqtonda sərnişin təyyarəsinin ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri ilə toqquşması nəticəsində azı 18 nəfər ölüb.
XXX
07:50 - ABŞ paytaxtı Vaşinqtonda sərnişin təyyarəsi eniş edərkən ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri ilə toqquşub.
Marja.az xəbər verir ki, sərnişin təyyarəsi çaya düşüb. Hazırda xilasetmə işləri aparılır.
"American Airlines" şirkəti bildirir ki, təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü olub
Helikopterdə isə 3 nəfərlik ekipajı olub.
Federal Aviasiya Administrasiyası və müdafiə rəsmilərinin bildirdiyinə görə, 64 nəfəri daşıyan sərnişin təyyarəsi, Vaşinqtonda, Reyqan Milli Hava Limanı yaxınlığında, uçuş-enmə zolağına yaxınlaşarkən ABŞ ordusuna məxsus "Black Hawk" helikopteri ilə toqquşub.
Sərnişin təyyarəsi və vertolyotun toqquşduğu Potomak çayında xilasetmə işləri davam edir. Hazırda itki barədə təsdiqlənmiş məlumat yoxdur.
Göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olan "American Airlines" 5342 nömrəli təyyarə, aviaşirkətin məlumatına görə, Kanzas ştatının Viçita şəhərindən yola düşmüşdü.
Reyqan Milli Hava Limanında bütün uçuşlar və enişlər dayandırılıb.
Prezident Donald Tramp çərşənbə gecəsi Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi ilə ordunun "Black Hawk" helikopterinin toqquşması ilə bağlı “tam məlumatlı olduğunu” söyləyib.
Tramp əlavə edib ki, o, “vəziyyəti izləyir və lazım olan kimi daha ətraflı məlumat verəcək”.
“Allah onların canını qorusun. Müvafiq qurumların əməkdaşları tərəfindən görülən inanılmaz işə görə təşəkkür edirəm”, - Trampın açıqlamasında deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















