"Lay's" çipslərində "ölüm riski" məlumatına AQTA-dan reaksiya - "TƏHLİL OLUNUR, TƏDBİRLƏR GÖRÜLÜR "
AQTA: Risk aşkar edilən məhsul partiyaları ölkəmizə idxal edilməyib. Həmçinin, bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Lay's" kartof çipslərinin sağlamlığa yaratdığı risk iddialarına görə ABŞ-də bəzi məhsul partiyalarının geri çağrılması ilə bağlı mediada yayılan məlumatlarla əlaqədar açıqlama yayıb.
AQTA-dan Marja.az-a verilən məlumata görə, açıqlamada bildirilir ki, qeyd olunan məhsul partiyaları ölkəmizə idxal edilməyib.
"Həmçinin qeyd edirik ki, xarici mediada və müvafiq təşkilatlar tərəfindən yayılan bu cür məlumatlar Agentliyin mütəxəssisləri tərəfindən mütəmadi şəkildə təhlil olunaraq, qida təhlükəsizliyinin təmin olunması üçün zəruri tədbirlər görülür", - məlumatda deyilir.
XXX
Xəbər verdiyimiz kimi, qida dünyasının ən məşhur məhsullarından biri olan "Lay's" kartof çipsləri ABŞ Qida və Dərman İdarəsi (FDA) tərəfindən ciddi geri çağırma prosesinə daxil edilib. Buna səbəb çipslərin tərkibində etiketdə qeyd olunmayan süd komponentinin olmasıdır. FDA bu vəziyyəti ən yüksək risk səviyyəsi olan I dərəcə kateqoriyasına qaldırıb. Bu o deməkdir ki, bu məhsullar həyati təhlükə yaradan allergik reaksiyalara səbəb ola bilər.
"Lay's" markasının şirkəti "Frito-Lay", Oreqon və Vaşinqton ştatlarında satışa təqdim edilmiş 6 mindən çox paketdə süd komponentlərinin aşkar edildiyini açıqlayıb. Bu səhv süd allergiyası olan insanlar üçün ciddi sağlamlıq riskləri yaradır.
FDA 27 yanvar 2025-ci il tarixində geri çağırmanı 1-ci dərəcəyə qaldırıb. Bu qərar təkcə xəbərdarlıq deyil, həm də qida təhlükəsizliyinin nə qədər vacib olduğuna dair xatırlatmadır.
Bu səhv - məhsulların yanlış etiketlənməsi və ya nəzərdə tutulmayan maddələr ilə çirklənməsi nəticəsində baş verə bilər.
Riskli məhsullar haqqında məlumat paylaşılıb
Rəsmilər istehlakçıları son istifadə tarixi 11 fevral 2025-ci il, istehsal kodu “6462307xx” və ya “6463307xx” olan məhsulları istehlak etməməyə və ən yaxın satış nöqtəsinə qaytarmağa çağırıb.
Qida təhlükəsizliyi mövzusunda həssas olan rəsmilər, riskli məhsulların bazardan tamamilə çıxarılması üçün prosesin sürətlə davam etdiyini bildirib.
"Frito-Lay"dən açıqlama
Lays-in ana şirkəti "Frito-Lay", geri çağırılan məhsulla bağlı indiyədək heç bir allergik reaksiya şikayəti almadıqlarını açıqlayıb. Bununla belə, mümkün sağlamlıq risklərinə qarşı ehtiyat tədbiri olaraq məhsulların geri çağırıldığı bildirilib.
FDA- ya görə, "Sinif 1" təsnifatı uyğunsuzluq aşkar edilən məhsuldan istifadənin ciddi sağlamlıq nəticələri və ya hətta ölümlə nəticələnəcəyi ehtimalının əhəmiyyətli olduğu bir ssenaridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
8 saat əvvəl
"Holcim Azərbaycan" sement satışından gəlirini və mənfəətini açıqladı
-
8 saat əvvəl
Laçın Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradılır
-
- 9 saat əvvəl
-
9 saat əvvəl
"Hazırda 2-ci fond üzərində də düşünürük, məqsədimiz beynəlxalq səviyyədə tanınan fond yaratmaqdır"
-
9 saat əvvəl
"40 milyon dollarlıq kapital cəlb etmiş tacikistanlı bir startapa yatırım etmişik"
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
100 milyard dollar kapitalı olan bank Azərbaycan üzrə uzunmüddətli investisiya proqramı hazırlayacaq
-
10 saat əvvəl
Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib
-
11 saat əvvəl
Putin Rusiyanın Avropaya hücum planı ilə bağlı iddialara aydınlıq gətirib
-
12 saat əvvəl
Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"
Son Xəbərlər

"Supertoys" şirkəti Bölgə müdiri təyin edib

Azərbaycan və Maldiv viza prosedurunun sadələşdirilməsini müzakirə edib - Əliyev Maldivə səfərə gedəcək

Azərbaycan şirkətinin 3-cü “Boeing 777” yük təyyarəsi Bakıya gəlib

Faiz xərclərinin artması FINCA Azerbaijan"ın mənfəətini "vurdu"

Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb

"FİNCA Azərbaycan"ın işçilərinin sayı azalır

akart 2 beynəlxalq mükafata layiq görüldü

SOCAR Çin şirkətilə saziş imzalayıb

Əmanətinizə illik 10.5% artım – EXPRESSBANKDA

Dövlət Gömrük Komitəsi büdcə planına tam əməl edə bilməyib
.jpg)