Kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say həddi müəyyənləşib

Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Bu sənəd “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanıb və kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədlərini müəyyən edir.
Kiçik elektrik nəqliyyat vasitələri operatorlarının kiçik elektrik nəqliyyat vasitələrinin ərazi (zona) üzrə say hədləri aşağıdakı tələblərə uyğun olaraq müəyyən edilir:
- Bakı, Sumqayıt, Xırdalan və Gəncə şəhərlərinin inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 6-dan çoxolmamaqla;
- Azərbaycan Respublikasının digər şəhər və rayonlarının inzibati-ərazi vahidləri daxilində əhalinin hər 1000 nəfərə ümumilikdə 4-dən çox olmamaqla.
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi qaydası təsdiqlənib
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə Qaydaları təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydalar “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 46-1-ci maddəsinin VI hissəsinə uyğun olaraq hazırlanmışdır və kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinin müəyyən edilməsi, parklanma yerlərinə dair tələblər və onlardan istifadə edilməsi qaydalarını tənzimləyir.
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerləri, park ərazilərində, yaşayış zonalarında, səkilərdə, velosiped yollarına bitişik hissədə digər hərəkət iştirakçılarına maneə yaratmamaq şərti ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhərinin inzibati ərazisində isə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müəyyən edilir.
Parklanma yerləri müəyyən edilərkən aşağıdakı meyarlar nəzərə alınmalıdır:
- cəlbetmə məntəqələrinin (ictimai iaşə obyektləri, iş yerləri, ticarət obyektləri, idman və əyləncə obyektləri, təhsil müəssisələri və s.) mövcudluğu;
- nəqliyyat infrastrukturu obyektlərinin (metro və dəmiryol stansiyaları, avtobus dayanacaqları, nəqliyyat mübadilə məntəqələri) mövcudluğu;
- insanların sıx məskunlaşdığı və gündəlik olaraq intensiv hərəkət etdiyi ərazilərdə bir-birindən ən azı 200-300 metr piyada gedişi məsafəsinin, digər ərazilərdə isə ən azı 300-400 metr piyada gedişi məsafəsinin mövcudluğu.
Parklanma yerləri elə təşkil olunmalıdır ki, parklanan kiçik elektrik nəqliyyat vasitələri skamyaların, yanğınsöndürmə hidrantlarının və küçədə mövcud olan digər qurğu və avadanlıqların istifadəsinə, habelə nəqliyyat vasitələrinin və yol hərəkəti iştirakçılarının hərəkətinə maneə törətməsin və onlara təhlükə yaratmasın. Parklanma yerləri piyadaların hərəkəti üçün nəzərdə tutulan ərazilərdə, o cümlədən səkilərdə təşkil edildiyi halda, piyadalar üçün minimum 1,5 metr hərəkət hissəsi saxlanılmalıdır.
Parklanma yerləri ərazinin quruluşuna görə bucaq altında və ya paralel istiqamətdə düzbucaqlı formada təkcərgəli , çoxcərgəli, yarımdairəvi, dairəvi və bitişik təkcərgəli parklanma yerləri olan formada təşkil olunur. Bitişik təkcərgəli parklanma yerləri olan çoxcərgəli parklanma yerləri təşkil edilərkən cərgələrarası məsafə ən azı 1,5 metr təşkil edir. Parklanma yerləri hər kiçik elektrik nəqliyyat vasitəsi üçün ən azı 0,40 metr enində, 1,5 metr uzunluğunda təşkil edilir.
Kiçik elektrik nəqliyyat vasitələri parklanma yerlərində yerə uzadılmadan, parklanmış digər kiçik elektrik nəqliyyat vasitələrinə toxunmadan, parklanmış kiçik elektrik nəqliyyat vasitələrinin arasından istənilən kiçik elektrik nəqliyyat vasitəsinin asanlıqla çıxarılmasına imkan yaradılmaqla parklanmalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
14 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
